VA
Vision Academy

Barista üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Vision Academy tərəfindən təşkil olunan 1.5 aylıq Baristalıq üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər. 
  • Orta və ya ali təhsilli şəxslər
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Barista peşəsinə marağı olan şəxslər.
  •  Restoran və qəhvə konseptli məkanlarda çalışmaq istəyən şəxslər.

2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

Barista Peşəsinin Əsasları:

  • Müxtəlif qəhvə növlərinin hazırlanma üsulları.
  • Qəhvə avadanlıqları (espresso maşını, dəyirman, press və s.) ilə işləmə qaydaları.
  • İş yerində gigiyena və təhlükəsizlik qaydaları.

Qəhvə Hazırlama Bacarıqları:

  • Espresso, americano, cappuccino, latte və digər içkilərin hazırlanması.
  • Latte art üzrə əsas texnikalar.
  • Soyuq və isti qəhvə içkilərin hazırlanması.

 C. Müştəri Xidməti və Komanda ilə İşləmə:

  • Müştəri ilə peşəkar ünsiyyət bacarığı.
  • Sifarişlərin düzgün qəbulu və hazırlanması.
  • Komanda ilə birlikdə işləmə qaydalarının öyrədilməsi.

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
  • Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Peşə Hazırlığı proqramı 1.5 ay davam edəcək 
  • Peşə Hazırlığı proqramı  hər gün 4 saat və  həftədə  5 dəfə olmaqla, ümumilikdə  120 saat  olacaq.
  • 1.5 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Peşəkar Mentorlar – Təcrübəli baristalardan birbaşa öyrənmə imkanı.
  • Praktiki Təlim Real şəraitdə müxtəlif qəhvə növlərinin hazırlığı üzrə təlimlər.
  • Sertifikat – Proqramı uğurla başa vuranlara təqdim olunur.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

Oxşar vakansiyalar

: