AH
Absheron Hospitality Group MMC

Barmen

15 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Qonaqpərvərlik

Vəzifə haqqında

“Absheron Hospitality Group” MMC “Barmen” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

  • Müəssisənin menyusuna uyğun olaraq spirtli və spirtsiz içkiləri hazırlamaq və müştərilərə təqdim etmək;
  • Müştərilərə içkilər barədə məlumat vermək və onlara seçim etməkdə kömək etmək;
  • Bar sahəsinin təmizliyini və səliqəsini təmin etmək;
  • Bar avadanlıqlarından düzgün istifadə etmək və onların işlək vəziyyətdə olmasını nəzarətdə saxlamaq, iş vaxtında bar inventarının qorunmasına cavabdeh olmaq;
  • Bar məhsullarının (içkilər, buz, meyvələr və s.) ehtiyatına nəzarət etmək və çatışmazlıq barədə rəhbərinə məlumat vermək;
  • Müştərilərlə nəzakətli və peşəkar davranmaq, xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq;
  • Buz, meyvə, sirop, içki və digər məhsulların hazırlanmasını və ehtiyatını təmin etmək;
  • Anbardan məhsulların götürülməsi və bar sahəsində yerləşdirilməsini təmin etmək;
  •  Soyuducuların və vitrinlərin doluluğunu nəzarətdə saxlamaq;
  • Gün sonunda bar sahəsinin ümumi təmizliyini həyata keçirmək;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 1-2 il iş təcrübəsinin olması;
  • Operativ və çevik olmaq;
  • Komanda ilə işləmək bacarığının olması;
  • Effektiv ünsiyyət qurmaq bacarığının olması;
  • İçki reseptlərinə dair biliklərin olması;
  • Rus və ya İngilis dili biliklərinin olması;

CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “Barmen” qeyd edilsin.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

: