CO
Aylıq maaş
Maaş göstərilməyib
- Kateqoriya
- Qonaqpərvərlik
Vəzifə haqqında
Bakıda fəaliyyət göstərən premium kofe shop şəbəkəsi komandasını gücləndirmək üçün Baş Aşpaz axtarır.
Əsas vəzifələr:
- Mətbəxin gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunmasını təmin etmək;
- Menyunun hazırlanması və mövsümi yenilənməsində iştirak etmək;
- Yeməklərin reseptlərə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
- Mətbəx heyətinin iş bölgüsünü təşkil etmək, onların fəaliyyətini koordinasiya etmək və inkişafına dəstək olmaq;
- Xammal və məhsul ehtiyatlarına nəzarət etmək, sifarişlərin planlaşdırılmasında iştirak etmək;
- Məhsul itkisini minimuma endirmək və xərclərin optimallaşdırılmasını təmin etmək;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;
- Yeni məhsulların hazırlanması və təqdim olunması üzrə təkliflər vermək;
- Digər şöbələrlə koordinasiyalı işləyərək yüksək xidmət keyfiyyətini təmin etmək.
Tələblər:
- Baş aşpaz və ya Sous Chef vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Restoran və ya premium kafe sektorunda iş təcrübəsi;
- Müasir mətbəx, brunch, breakfast və cafe menyuları üzrə biliklər;
- Qida təhlükəsizliyi və sanitariya standartları barədə bilik;
- Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
- Xərclərin idarə olunması (food cost), porsiya nəzarəti və inventar idarəetməsi üzrə biliklər;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, nizam-intizamlı və nəticəyönümlü yanaşma.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Stabil və uzunmüddətli əməkdaşlıq;
- Peşəkar inkişaf və karyera imkanları;
- Müasir və dinamik iş mühiti;
- Mehriban və peşəkar komanda.
İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.