F FBCO MMCFBCO MMC

Baş Aşpaz / Executive Chef - Wagamama

15 saat əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
21 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş Yeri: FBCO LLC

Lokasiya: Port Baku 

Vəzifənin təsviri

  • Wagamama – 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq restoran brendidir. Bu gün Wagamama dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir və 230-dan çox restoranı ilə milyonlarla qonağa yüksək keyfiyyətli yemək və unikal restoran təcrübəsi təqdim edir. İnkişafa, komandaya və mükəmməl qonaq xidmətinə dəyər verən Wagamama artıq Azərbaycandadır və komandamıza enerjili, məsuliyyətli və inkişaf etməyə həvəsli əməkdaşlar dəvət edir.
  • Baş aşpaz /Executive Chef bütün kulinariya əməliyyatlarına, o cümlədən menyunun planlaşdırılmasına, yeməklərin hazırlanmasına, mətbəxin idarə edilməsinə və işçi heyətinə nəzarətə cavabdehdir. Bu rol xərcləri və proseslərin effektivliyiniz idarə etmək və yüksək keyfiyyət standartlarını qorumaq üçün müstəsna kulinariya təcrübəsi, liderlik qabiliyyətləri və işgüzarlıq tələb edir. İdeal namizəd kulinariya innovasiyalarını idarə edəcək, qida təhlükəsizliyi standartlarını qoruyacaq və qonaqların məmnuniyyətini və əməliyyat mükəmməlliyini təmin edərkən yüksək performanslı mətbəx komandasına rəhbərlik edəcəkdir.

Kulinariya Liderliyi:

  • Mövsümi menyular, gündəlik xüsusi və innovativ yeməklər hazırlayır və tətbiq edir
  • Yeməklərin hazırlanması və təqdim etməsi üçün keyfiyyət standartlarını yaradır və tənzimləyir
  • Qida təhlükəsizliyi qaydalarına və sanitariya standartlarına riayət olunmasına nəzarət və təmin edir
  • Peşəkar təlim və inkişaf program vasitəsi ilə mətbəx işçilərinə rəhbərlik və mentorluq edir

Əməliyyat idaetməsi:

  • İstehsal, hazırlıq və servis daxil olmaqla gündəlik mətbəx əməliyyatlarına nəzarət edir
  • Ambar qalıqlarına, ərzaq xərclərinə və büdcəyə nəzarəti idarə edir ərzaq qalıqlarını daima optimal səviyyədə saxlamaq üçün təchizat şöbəsi ilə sıx əlaqədə olur
  • Təchizatçılar və malsatanlarla əlaqələr qurur və nəzarət edir

İşçi heyətin idarəolunması:

  • Mətbəx işçilərini işə götürün, təlim keçir və onlara nəzarət edir
  • İşçilərin iş cədvəllərini qurur və iş bölgüsünü təyin edir
  • İşçilərin iş fəaliyyətin qiymətləndirilməsini aparır və işçilərin nizam-intizamına nəzarət edir
  • Müsbət iş mühiti və komanda mədəniyyətini yaradır

Keyfiyyətə Nəzarət:

  • Yeməklərin daim keyfiyyətli və uyğun zahiri görüşünə malik olmasını təmin edir
  • Yeməklərin reseptə uyğun olmasına və tullantılara minimum olmasına nəzarət edir
  • Mətbəx avadanlıqlarının sazlığına və vaxtı-vaxtında təmir olunmasına nəzarət edir
  • Implement and maintain HACCP standards
  • HACCP standartlarını tətbiq və həmin standartlara uyğunluğunu təmin edir

Biznes İdarəetməsi:

  • Rəhbərlik ilə maliyyə hədəflərini təyin etmək və onlara nail olmasına təmin edir
  • Qida, əmək xərclərini və mətbəxin effektivliyini təhlil edir və optimallaşdırır
  • Marketing fəaliyyətində və özəl tədbirlərdə iştirak edir
  • Effektiv iş prosesinə nail olmaq üçün digər şöbələrlə əməkdaşlıq edir

Tələblər

Təhsil:

  • Kulinariya dərəcəsi və ya akkreditə/təyin olunmuş kulinariya məktəbindən ekvivalent sertifikat tələb olunur.
  • İngilis dili biliyi vacibdir (İntermediate, xarici təlimlərə qatılacağı üçün)*

İş təcrübəsi

  • Minimum of 7-10 il aktiv kulinar təcrübəsi
  • Minimum 3-5 il mətbəx idarəçiliyi təcrübəsi
  • Asiya mətbəxi təcrübəsi üstünlükdür

Professional Bacarıqlar və Kompetensiyalar:

  • Kulinariya texnikaları, tendensiyaları və beynəlxalq mətbəxlər haqqında qabaqcıl biliklərə malik olmalı
  • Güclü liderlik və komanda idarəetmə bacarıqlarına malik olmalı
  • Mükəmməl təşkilatçılıq və vaxtı idarə etmə bacarıqlarına malik olmalı
  • Mətbəx idarəetmə proqramlarında və MS Office proqramlarında bacarıqlarına malik olmalı
  • Güclü işgüzarlıq və xərclərə nəzarət qabiliyyətinə malik olmalı
  • Qida təhlükəsizliyi sertifikatı və sağlamlıqın qorunması qaydalarına dair biliklərə malik olmalı
  • Sürətli mühitdə təzyiq altında işləmək bacarıqına malik olmalı
  • Əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqına malik olmalı
  • Problemlərin kreativ həll etmə bacarıqına malik olmalı
  • Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən ediləcək. (Fix + bonus)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

F FBCO MMC
FBCO MMC
Emal sənayesi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et