SUM SOCAR Upstream MI LLCSOCAR Upstream MI LLC

Baş geofizik

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 5 ildən çox Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Seysmik layihələrin tam həyat dövrünün, o cümlədən layihələndirmə, məlumatların əldə olunması, emalı, təkrar emalı, interpretasiyası və yekun nəticələrin təhvil verilməsi proseslərini koordinasiya və idarə etmək
  • Seysmik məlumatların əldə olunması, seismic imaging, interpretasiya və kollektorların xarakterizasiyası üzrə işlərə texniki rəhbərlik və keyfiyyət təminatı vermək
  • 2D və 3D seysmik məlumatların emalı prosesinə bütün mərhələlər üzrə nəzarət etmək və yüksək keyfiyyətli nəticələrin əldə olunmasını təmin etmək
  • Emal qraflarının optimallaşdırılması, səs-küyün azaldılması və siqnal keyfiyyətinin artırılması məqsədilə seysmik emal komandaları ilə əməkdaşlıq etmək
  • Qırılmaların, horizontların və geoloji xüsusiyyətlərin müəyyən edilməsi üçün struktur və stratiqrafik seysmik interpretasiya aparmaq
  • Seysmik atributları quyu məlumatları, petrofiziki göstəricilər və geoloji modellərlə inteqrasiya edərək kollektorların daha dəqiq xarakterizasiyasını təmin etmək
  • Seysmik və dayaz geotəhlükələrə (SHA) aid məlumatların inteqrasiyası əsasında geotəhlükələrin təhlili və risk qiymətləndirilməsində iştirak etmək
  • Quyuların layihələndirilməsi və planlaşdırılması proseslərinə geofiziki və geoloji baxımdan texniki dəstək vermək
  • Gənc geofiziklərin və multidissiplinar komandaların peşəkar inkişafına dəstək göstərmək, innovasiya və davamlı inkişaf mədəniyyətinin formalaşmasına töhfə vermək
  • Texniki seminarlar, texniki baxışlara rəhbərlik edərək təcrübə və əldə olunmuş nəticələrin paylaşılmasını təmin etmək

Xüsusi tələblər

  • Geofizika ixtisası üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
  • Neft-qaz sənayesində geofiziki interpretasiya və seysmik məlumatların təhlili sahəsində minimum 5 il iş təcrübəsi
  • 2D və 3D seysmik interpretasiya, seysmik–quyu korrelyasiyası, struktur və stratiqrafik xəritələşdirmə, eləcə də perspektiv strukturların qiymətləndirilməsi üzrə praktiki təcrübə
  • AVO analizi, seysmik inversiya və seysmik atributların təhlili daxil olmaqla kəmiyyət seysmik interpretasiya metodları üzrə biliklər
  • Geoloji, geofiziki, petrofiziki və quyu məlumatlarının inteqrasiyası üzrə praktiki bacarıq
  • Petrel proqramı və digər sənaye standartı geofiziki proqram təminatları ilə işləmək bacarığı (digər interpretasiya platformaları üzrə təcrübə üstünlükdür)
  • Güclü analitik düşünmə, texniki qərarvermə bacarıqları
  • İngilis dilini sərbəst bilmək, rus dilini bilmək üstünlükdür
  • Yüksək səviyyədə ünsiyyət, texniki hesabatların hazırlanması bacarığı
  • Multidissiplinar komandalarla səmərəli əməkdaşlıq və eyni vaxtda bir neçə layihəni planlaşdırıb idarə etmək bacarığı
Müraciət üçün son tarix: 27.07.2026

Müraciət etmək üçün: [email protected]
SUM SOCAR Upstream MI LLC
SOCAR Upstream MI LLC

Oxşar vakansiyalar

Hamısına bax