Baş hüquqşunas
Vəzifə haqqında
Vəzifə funksiyaları:
Sənədlərin ekspertizası: Müqavilə, saziş, daxili qərar, əmr və digər hüquqi sənədlərin layihələrini hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
Hüquqi rəylər: Şirkətin fəaliyyəti zamanı ortaya çıxan məsələlər üzrə əsaslandırılmış hüquqi rəylər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Məhkəmə və nümayəndəlik: Məhkəmələrdə, arbitrajlarda və digər dövlət/özəl qurumlarda şirkətin maraqlarını müdafiə və təmsil etmək;
Məhkəmə strategiyası: İddia və etiraz ərizələrini, vəsatətləri hazırlamaq, məhkəmə işlərini idarə etmək və effektiv məhkəmə strategiyasını müyyənləşdirmək;
Risklərin idarə olunması: Struktur bölmələrə qanunvericiliyin tətbiqi, hüquqi risklərin minimallaşdırılması üzrə məsləhətlər vermək;
Daxili korporativ tənzimləmə: Şirkətin daxili normativ sənədlərini, siyasət və prosedurlarını hazırlamaq və cari qanunvericiliyə uyğun olaraq təkmilləşdirmək;
Sorğuların icrası: Şirkətə daxil olan hüquqi xarakterli müraciət, şikayət və sorğuları araşdıraraq müvafiq cavabları hazırlamaq;
Qanunvericiliyin monitorinqi: Hüquqi dəyişiklikləri mütəmadi izləmək və bu dəyişikliklərin şirkətin fəaliyyətinə təsirlərini qiymətləndirmək;
Korporativ prosedurlar: Hüquqi şəxslərin dövlət qeydiyyatı (təsis, ləğv, dəyişikliklər) proseslərini icra etmək;
Miqrasiya məsələləri: Əcnəbi işçilər üçün iş və müvəqqəti yaşayış icazələrinin alınması prosedurlarını idarə etmək;
Əqli mülkiyyət: Yeni layihələr üzrə əmtəə nişanlarının və loqoların qeydiyyata alınması prosesini təşkil etmək.
Vəzifəyə olan tələblər:
Təhsil: Hüquq ixtisası üzrə ali bakalavr təhsili (Magistr dərəcəsi olması üstünlükdür);
İş Təcrübəsi: Müqavilə hüququ, korporativ hüquq, məhkəmə təmsilçiliyi və hüquqi risklərin idarə olunması sahəsində müvafiq iş təcrübəsi;
Mülki, mülki-prosessual, əmək, inzibati, mənzil və daşınmaz əmlak qanunvericiliyi üzrə mükəmməl biliklər;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət (Rus və İngilis dillərini bilmək üstünlükdür);
İş Şəraiti:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin olunur
İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Əmək Haqqı: 2500 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş hüquqşunas” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.