Baku Business University Baş müəllim (“Ali riyaziyyat” kafedrası)
Vəzifə haqqında
Vakansiyanın təsviri
Tədris ediləcək fənlər:
- Xətti cəbr və riyazi analiz;
- Ehtimal nəzəriyyəsi və riyazi statistika.
Xüsusi tələblər
- Riyaziyyat üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olmaq;
- dosent və ya professor elmi adına malik olmaq;
- 60 yaşdan aşağı olmaq;
- Universitetdə tam ştat əsasında işləməyə hazır olmaq;
- ali təhsil müəssisəsində pedaqoji fəaliyyət təcrübəsinə malik olmaq;
- müasir və interaktiv tədris metodlarından, eləcə də informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
Qeyd: Yalnız tam ştatda işləmək arzusunda olan namizədlərin müraciət etmələri xahiş olunur. Yarım ştat üzrə müraciətlər nəzərə alınmayacaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Universitet rektorunun adına ərizə;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin surəti;
- ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
- elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri — mövcud olduqda;
- əmək kitabçasının və ya əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surəti;
- elmi və elmi-metodiki işlərin siyahısı — mövcud olduqda;
- beynəlxalq dil və digər peşəkar sertifikatların surətləri — müvafiq vəzifə üzrə tələb olunduqda;
- 3 × 4 sm ölçüdə fotoşəkil.
Sənədlərin qəbulu:
Namizədlərin sənədləri elanın dərc olunduğu tarixdən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Bakı Biznes Universitetinin Kadrlar şöbəsində qəbul edilir.
Tələblərə cavab verən namizədlər müsahibəyə və zərurət yarandığı halda nümunəvi dərsin keçirilməsinə dəvət edilə bilərlər.
Sənədləri tam təqdim etməyən və ya müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.
Əlavə məlumat üçün Bakı Biznes Universitetinin Kadrlar şöbəsi ilə əlaqə saxlamaq mümkündür.
