LT Legion TradeLegion Trade

Baş Mühasib (istehsalat)

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
3–5 il Maliyyə
Aylıq maaş
₼1,700+
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  2. Rəqabətə davamlı əmək haqqı;
  3. Əməkhaqqı: 1700 AZN (başlanğıc; əməkdaşın bilik və bacarıqlarına əsasən razılaşma nəzərdə tutulur.)
  4. İş qrafiki: 6 gün. 10:00-19:00
  5. Peşəkar inkişaf və təlim imkanları;
  6. Korporativ iş mühiti və karyera inkişafı perspektivi

Öhdəliklər

 

  1. Müəssisənin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkil və idarə edilməsini təmin etmək;
  2. Maliyyə, vergi və statistik hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təşkil etmək;
  3. İstehsal proseslərinin mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  4. Məhsulun maya dəyərinin hesablanmasını və təhlilini həyata keçirmək;
  5. Xammal, material, yarımfabrikat və hazır məhsulun uçotuna nəzarət etmək;
  6. Anbar qalıqlarının düzgün uçotunun aparılmasını və inventarizasiyaların təşkilini təmin etmək;
  7. İstehsalat xərclərinin düzgün bölüşdürülməsinə və uçota alınmasına nəzarət etmək;
  8. Debitor və kreditor borclarının idarə edilməsini təşkil etmək;
  9. Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
  10. Bank, kassa və digər maliyyə əməliyyatlarının düzgün rəsmiləşdirilməsini təmin etmək;
  11. Daxili və xarici auditlər zamanı lazımi sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək

Tələblər

 

  1. Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
  2. İstehsalat sahəsində Baş Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  3. Vergi, əmək və mühasibat qanunvericiliyini mükəmməl bilmək;
  4. İstehsalat uçotu, maya dəyərinin hesablanması və xərclərin idarə edilməsi sahəsində praktiki təcrübə;
  5. 1C (8.3), ERP sistemləri və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  6. Analitik düşüncə, maliyyə təhlili və planlaşdırma bacarıqları;
  7. Məsuliyyətlilik, dəqiqlik və yüksək təşkilatçılıq bacarığı;
  8. PMS sertifikatının olması mütləqdir;
LT Legion Trade
Legion Trade
Topdansatış və pərakəndə ticarət

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et