Baş Mühasib (Yeni Layihə üzrə)
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Şirkətimiz genişlənən fəaliyyəti çərçivəsində yeni və dinamik layihəyə start verir. Bu layihənin maliyyə və mühasibat strukturunu peşəkar şəkildə idarə edəcək təcrübəli və məsuliyyətli "Baş Mühasib" axtarışındayıq.
Vəzifə Öhdəlikləri:
- Uçot və Nəzarət: Şirkətin baş ofis və filiallarında mühasibat uçotunun təşkilini, aparılmasını və ona ümumi nəzarəti həyata keçirmək.
- Maliyyə Əməliyyatları: Bütün maliyyə-təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün və vaxtında əks olunmasını təmin etmək.
- Hesabatlıq: Maliyyə, statistika, ƏƏSMN və vergi hesabatlarını tərtib etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq qurumlara təqdim etmək.
- Dövlət Qurumları ilə İş: Mərkəzi Bank, Vergilər Xidməti və digər dövlət orqanlarından gələn sorğuların cavablandırılması və hesabatların hazırlanmasına dəstək vermək.
- Bank və Kassa: Gündəlik bank qalıqlarına nəzarət etmək, köçürmə ərizələri və ödəmə sifarişlərinin düzgünlüyünü yoxlamaq, kassa nizam-intizamını qorumaq.
- Kredit Portfeli: Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatı məlumatlarını müqayisə və təftiş etmək.
- İnventarizasiya: Pul vəsaitlərinin, əsas vəsaitlərin, azqiymətli malların və qeyri-maddi aktivlərin inventarizasiyasını aparmaq, amortizasiyanın düzgün hesablanmasına nəzarət etmək.
- Əməkhaqqı: Şirkət işçilərinin əməkhaqqı hesablanması və ödənilməsi prosesini həyata keçirmək.
- Sənəd Dövriyyəsi və Arxiv: İlkin mühasibat sənədlərinin qəbulu, yoxlanılması, qorunması, imzalanması və arxivləşdirilməsini təşkil etmək.
- Koordinasiya: Şirkətdaxili digər struktur bölmələri ilə fəaliyyəti əlaqələndirmək.
Namizədə Dair Tələblər:
- Qanunvericilik Bilikləri: AR Əmək, Vergi və Mülki qanunvericiliyini, həmçinin Mərkəzi Bankın normativ sənədlərini yüksək səviyyədə bilmək.
- Mühasibatlıq Bacarıqları: Bütün növ hesabatların (vergi, statistika, DSMF və s.) verilməsi, mühasibat balansının tərtibi və təftiş qaydalarını bilmək.
- Proqram Bilikləri: Microsoft Office (xüsusilə mükəmməl Excel), 1C Mühasibatlıq proqramı və BTP (Bəyannamə Tərtibatı Proqramı).
- Yazışma və Kommunikasiya: Korporativ e-mail platformalarında yazışma qaydalarını bilmək, yüksək səlis nitq və kommunikasiya bacarığına sahib olmaq.
- Şəxsi Keyfiyyətlər: Diqqətli, operativ, stressə davamlı, komandada işləməyi bacaran, öyrənməyə maraqlı və yüksək təşkilatçılıq qabiliyyəti olan.
İş Şəraiti:
- İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət.
- Əməkhaqqı: Razılaşma yolu ilə .
Göstərilən tələblərə cavab verən və bizimlə çalışmaq istəyən namizədlər CV-lərini Müraciət et elektron poçt ünvanına mövzu hissəsində "Baş Mühasib" qeyd edərək göndərə bilərlər.
Əlavə suallar üçün 050-257-80-36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
VK 
VMF kafe