Azersun Holding Baytar Həkim
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Səhiyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə işləri təşkil etmək.
- Heyvanların sağlamlığı və xəstəliklərin qarşısının alınması üzrə ümumi baytarlıq tədbirlərinin planlaşdırılması və icrasına rəhbərlik etmək.
- Təsərrüfatda baytarlıq-sanitariya tələblərinə riayət olunmasına nəzarət etmək.
- Dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək.
- Heyvanların vaksinasiya, antiparazitar müalicə və digər profilaktik tədbirlər üzrə illik və mövsümi planlar hazırlamaq.
- Xəstə heyvanların təcrid edilməsi, karantin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət etmək.
- Heyvan yemlərinin keyfiyyəti, saxlanma şəraiti və təhlükəsizliyinə nəzarət etmək.
- Baytarlıq sənədlərinin (protokollar, aktlar, diaqnostik kartlar, vaksinasya jurnalları və s.) düzgün və dəqiq aparılmasını təmin etmək.
- Yoluxucu xəstəlik aşkar edildikdə operativ tədbirləri təşkil etmək və aidiyyəti qurumlara məlumat vermək.
- Baytarlıq personalının fəaliyyətinə rəhbərlik etmək, onların işini bölüşdürmək və peşə hazırlığının artırılmasını təşkil etmək.
- Baytarlıq dərmanlarının, alət və avadanlıqların uçotunu aparmaq, təhlükəsiz istifadəsinə nəzarət etmək.
- Heyvanların saxlanması və istismarında zoogigiyenik qaydaların təmin olunmasına nəzarət etmək.
- Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Xüsusi tələblər
- Ali təhsil (Müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
- MS Office proqramlarında işləmə bacarığı

Azersun Holding
Emal sənayesi
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…