Beton İşləri üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi
19 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Nardaran İnvest MMC “Beton İşləri üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi” vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Beton işlərinin layihə və standartlara uyğunluğuna nəzarət etmək;
- Beton zavodu və laboratoriya fəaliyyətlərini yoxlamaq;
- Beton sınaqlarının (slump, kub nümunələri və s.) icrasına nəzarət etmək;
- Material sertifikatları və laboratoriya hesabatlarını yoxlamaq;
- Uyğunsuzluqları müəyyən etmək və düzəldici tədbirlərin icrasını izləmək.
Tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- İnşaat sahəsində, xüsusilə beton işləri üzrə minimum 3-5 il iş təcrübəsi;
- Beton zavodu və ya beton laboratoriyası ilə iş təcrübəsi üstünlük hesab olunur;
- Tikinti norma və standartları, həmçinin laboratoriya sınaqları üzrə biliklər;
- Məsuliyyətlilik, dəqiqlik və analitik yanaşma.
İş barədə məlumat:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Əmək haqqı: 1400-1600 AZN
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Beton İşləri üzrə Keyfiyyətə Nəzarət Mütəxəssisi” qeyd edə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Nardaran İnvest