HSC
Head Start Career Development
Beynəlxalq Layihələr və Əlaqələr üzrə Mütəxəssis
20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼2,740+
- Kateqoriya
- İnsan resursları
Vəzifə haqqında
Əsas vəzifələr
- Beynəlxalq təşkilatlar, donor qurumlar, səfirliklər və tərəfdaş təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Beynəlxalq layihə və proqramların araşdırılması, layihə imkanlarının müəyyənləşdirilməsi;
- Qrant, tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq imkanlarının monitorinqi;
- Xarici tərəfdaşlarla rəsmi yazışmaların və kommunikasiya proseslərinin idarə edilməsi;
- Beynəlxalq layihələr üzrə təqdimatların, konsept sənədlərinin, təkliflərin və hesabatların hazırlanması;
- Görüşlərin, tədbirlərin, forumların və işgüzar səfərlərin koordinasiyası;
- Tərəfdaş qurumlarla münasibətlərin idarə olunması və yeni əməkdaşlıqların formalaşdırılması;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili biliyi yaxşı səviyyədə;
- Layihələrin idarə olunması və hesabatların hazırlanması bacarığı;
- Analitik düşüncə, araşdırma və təqdimat bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Əmək haqqı: 2740 AZN (Namizə görə dəyişir)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.