QUK Qarabağ Universitetinin KlinikasıQarabağ Universitetinin Klinikası

Biomedikal üzrə mühəndis

Xankəndi 16 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

Vəzifənin təsviri:


  • Müəssisədəki tibbi avadanlıqların quraşdırılması, sazlanması və texniki baxış işlərini yerinə yetirmək.
  • Tibbi avadanlıqlarda yaranan texniki nasazlıqları diaqnostika etmək və təmir prosesini icra etmək və ya əlaqədar qurumlara yönləndirmək.
  • Preventiv texniki xidmət (PTX) planlarına uyğun olaraq tibbi avadanlıqlara vaxtaşırı texniki qulluq göstərmək və nəticələri sənədləşdirmək.
  • Yeni alınan tibbi avadanlıqların ilkin yoxlamasını aparmaq, istifadə qaydalarını öyrənmək və istifadəçilərə ilkin texniki dəstək göstərmək.
  • Servis şirkətləri və tədarükçülərlə texniki məsələlər üzrə gündəlik əlaqə yaratmaq və zəmanət çərçivəsində işlərin icrasını izləmək.
  • Avadanlıqların texniki sənədlərinin (istismar təlimatları, sertifikatlar, texniki pasportlar və s.) qeydiyyat və arxivləşdirilməsində iştirak etmək.
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq avadanlıqların təhlükəsiz istismarını təmin etmək.
  • Mövcud texnologiyaların işləmə vəziyyətini qiymətləndirmək və texniki təkmilləşdirmə ilə bağlı şöbə rəhbərinə təkliflər vermək.
  • Audit və yoxlamalar zamanı avadanlıqların texniki vəziyyətinə dair tələb olunan məlumatları təqdim etmək və dəstək göstərmək.
  • Əməkdaşlarla birgə işləyərək biotibbi avadanlıqların fasiləsiz işləməsini təmin etmək və xidmət proseslərini optimallaşdırmaq.
  • Gündəlik və aylıq iş hesabatlarını şöbə müdirinə təqdim etmək.


Tələblər

Namizədə tələblər:


  • Ali texniki təhsil (Biotibbi mühəndislik, Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahələr üzrə).
  • Müvafiq texniki sahədə ən az 2 il iş təcrübəsi.
  • Tibbi cihazların istismarı, texniki diaqnostikası üzrə biliklər.
  • Preventiv texniki xidmət sistemlərini planlama və sənədləşdirmə bacarığı.
  • Texniki standartlar və təhlükəsizlik tələbləri üzrə məlumatlılıq.
  • Komanda ilə işləmə, problem həll etmə və yüksək ünsiyyət bacarıqları.
  • Tibbi avadanlıqların (monitorlar, defibrilyatorlar, ventilyatorlar, lab avadanlıqları və s.) quruluşu, işləmə prinsipi və texniki qulluq prosedurları barədə biliklər.
  • Xəstəxana və ya tibbi avadanlıq təchizatı sahəsində təcrübəyə üstünlük verilir.

 

QUK Qarabağ Universitetinin Klinikası
Qarabağ Universitetinin Klinikası

2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs statusunda təsis edilmişdir. Bu qərar…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et