KB Kapital BankKapital Bank

Biznes Analitik

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Bu rolun əsas məqsədi, həm biznesin ehtiyaclarını anlamaq, həm də data analitikası vasitəsilə müvafiq həllər və strateji tövsiyələr təqdim etməkdir. Biznes Analitik, bankın qərar qəbuletmə proseslərini təkmilləşdirmək və işin effektivliyini artırmaq üçün məlumatları təhlil edəcək və biznes yönümlü strateji qərarlar alacaqdır.

+ ' ' +
  •  Ali təhsil
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı
  • Məsuliyyətlilik, operativlik və dəqiqlik
  • Komanda ilə işləmək bacarığı
  • Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
  • İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
  • Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
  • Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı
+ ' ' +
  • Peşəkar inkişaf və yüksəliş imkanları
  • Rəqabətədavamlı əməkhaqqı və bonuslar
  • Əhatəli sığorta paketi
  • Dəstəkləyici və pozitiv iş mühiti
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər və tədbirlər
  • Əlavə məzuniyyət günləri
  • Endirimli təhsil və əməkdaşlar üçün kredit imkanları
  • Port Baku Tower 2-də yeni və rahat studiya ofisi
  • Agile prinsiplərinə əsaslanan güclü komanda işi, müntəzəm komanda quruculuğu tədbirləri və tematik görüşlər
  • Xarici həmkarlarla təcrübə paylaşımının olduğu multikultural mühit
+ ' ' +

·    Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər vermək;

·    Data Analitikası sahəsində yeniliklərin izlənilməsini və innovasiyanın tətbiq olunmasını təşkil etmək;

·    Müxtəlif sorğu və rəylərin hazırlanmasında iştirak etmək;

·    Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil etmək;

·    Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak etmək;

·    BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil etmək və idarə edilməsində iştirak etmək;

·    Mövcud hesabatların və BI həllərin işləkliyinə nəzarət etmək. Əgər uyğunsuzluq olarsa, operativ olaraq müdaxilə edərək, problemin həllini təmin etmək;

·    Deskriptiv, Diaqnostik hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması;

·    Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırırmaq və cavablandırılmasını təmin etmək;

·    Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et