Biznes kreditləri üzrə mütəxəssis (Naxçıvan)
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Əsas vəzifələri:
- Mikro biznes müştərilərinin cəlb edilməsi və kredit məhsullarının təqdim edilməsi;
- Müştərilərin maliyyə vəziyyətinin və biznes fəaliyyətinin təhlil edilməsi;
- Kredit müraciətlərinin qəbul edilməsi, sənədlərin toplanması və qiymətləndirilməsi;
- Yerində biznes baxışının həyata keçirilməsi və kredit rəylərinin hazırlanması;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi;
- Problemli kreditlərlə bağlı preventiv tədbirlərin görülməsi və müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
- Daxili prosedur və normativ sənədlərin tələblərinə riayət edilməsi;
- Müəyyən edilmiş satış və fəaliyyət planlarının icra edilməsi.
Tələb olunan keyfiyyətlər:
- Kreditlərlə bağlı biliklər və təcrübə.
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı.
- Analitik düşünmə qabiliyyəti.
- Müştəri ilə işləmək bacarığı.
- Komanda ilə işləmək bacarığı.
- Azərbaycan dili mükəmməl səviyyədə.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı + aylıq bonus.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Biznes kreditləri üzrə mütəxəssis (Naxçıvan)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
MB 
Monetri BOKT MMC