KH Kontakt HomeKontakt Home

Biznes prosesləri üzrə mütəxəssis

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Tam ştat
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Yeni ERP sistemini əhatə edən proseslərin planlaşdırılması və həyata keçirilməsində iştirak edilməsi;
  • Mövcud biznes proseslərinin təhlili və təkmilləşdirilməsinə ehtiyyac olan sahələrin müəyyən edilməsi;
  • Proseslərin təkmilləşdirmə meyarlarının müəyyən edilməsi və inkişaf etdirmək üçün digər bölmələrlə əməkdaşlıq edilməsi;
  • Biznes proseslərinin ən yaxşı təcrübələrə uyğun olmasının təmin edilməsi və hər hansı zəruri dəyişikliklər üçün tövsiyələrin verilməsi;
  • Səmərəliliyi və məhsuldarlığı artırmaq üçün proses təkmilləşdirmələrinin hazırlanması və həyata keçirilməsi;
  • Mövcud və yeni proseslərin təsvir edilməsi üçün proses xəritələrin və iş axınların yaradılması;
  • Prosedur sənədlərinin, o cümlədən prosedurların, siyasətlərin və təlimatların Azərbaycan dilində yazılması və saxlanılması;
  • Biznes tələblərinə cavab verdiyinə əmin olmaq üçün ERP sisteminin konfiqurasiya edilməsi və sınaqdan keçirilməsi;
  • Yeni istifadəçilərə sistemdən necə səmərəli istifadə etmək barədə təlimlərin keçilməsi;
  • Prosesin performans göstəricilərinə nəzarət edilməsi və hesabat verilməsi;
  • Proseslərin avtomatlaşdırılması imkanlarının müəyyən edilməsi və müvafiq tövsiyələrin verilməsi.


Tələblər

·       Ali təhsil (Biznesin idarə edilməsi, İnformasiya Sistemlərinin İdarə edilməsi və ya müvafiq sahə üzrə);

·       Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

·       Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qurma bacarığı;

·       Rus və İngilis dillərində səlis danışıq bacarığı üstünlükdür;

·       Proseslərin xəritələşdirilməsi və iş axınının inkişafı üzrə iş təcrübəsi;

·       Microsoft Office Suite-də, xüsusilə Excel və Visio proqramlarında işləmə bacarığı;

·       Lean Six Sigma kimi proseslərin təkmilləşdirilməsi metodologiyaları ilə tanışlıq;

·       ERP sistemləri və tətbiq layihələri ilə bağlı təcrübə;

·       Müstəqil və komanda ilə işləmə bacarığı;

·      Detal yönümlülük və diqqətlilik;

·      Eyni anda birdən çox layihəni idarə etmə bacarığı.

 İş şəraiti:

·       İş günləri: I-V günlər;

·       İş saatı: 09:00-18:00.


Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
KH Kontakt Home
Kontakt Home
Topdansatış və pərakəndə ticarət

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et