Unibank ASC Biznes Proseslərinin İdarə edilməsi şöbəsinin Mütəxəssisi/ Baş Mütəxəssisi
İş rejimi Tam ştat Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Mövcud biznes prosesləri təhlil etmək, funksiyaların təkrarlanmasını və səmərəsiz mərhələləri müəyyən etmək, proseslərin "As-Is" və "To-Be" modellərini hazırlamaq;
- Biznes proseslərinin optimallaşdırılması, standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Proseslərin icra müddətinin, əməliyyat xərclərinin və əl əməyinin azaldılması məqsədilə təkmilləşdirmə təşəbbüsləri hazırlamaq;
- Biznes tələblərini toplamaq, təhlil etmək və texniki komandalar üçün funksional tələblər hazırlamaq;
- Yeni biznes proseslərinin, rəqəmsal həllərin, sistem inteqrasiyalarının və avtomatlaşdırma layihələrinin hazırlanması və tətbiqində iştirak etmək;
- Avtomatlaşdırılacaq proseslər üzrə funksional və biznes tələblərini hazırlamaq, onların icrasına nəzarət etmək və test prosesində iştirak etmək;
- Biznes prosesləri üzrə normativ sənədləri, prosedurları, təlimatları və proses xəritələrini hazırlamaq və mütəmadi yeniləmək;
- Yeni proseslərin tətbiqi zamanı aidiyyəti struktur bölmələri arasında koordinasiyanı təmin etmək və layihə iştirakçıları ilə effektiv əməkdaşlıq qurmaq;
- İcra olunan layihələr üzrə təqdimatlar, analitik hesabatlar və rəhbərlik üçün məlumat materialları hazırlamaq;
- Bankın daxili siyasət və prosedurlarına, eləcə də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya İnformasiya texnologiyaları üzrə);
- BPM, biznes proseslərinin təhlili, optimallaşdırılması və ya biznes analitikası sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Biznes proseslərinin modelləşdirilməsi, As-Is və To-Be proseslərinin hazırlanması üzrə praktiki təcrübə;
- Biznes tələblərinin toplanması, təhlili və funksional tələblərin hazırlanması üzrə təcrübə;
- Rəqəmsallaşdırma, proseslərin avtomatlaşdırılması və sistem inteqrasiyası layihələrində iştirak təcrübəsi;
- Proses performansının ölçülməsi (KPI, SLA) və davamlı təkmilləşdirilməsi üzrə təcrübə;
- Normativ sənədlərin, prosedurların və proses xəritələrinin hazırlanması təcrübəsi;
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yüksək səviyyədə işləmək bacarığı;
- İngilis dilini ən azı Intermediate, rus dili biliyi arzuolunandır;
- Bank sektorunda iş təcrübəsi, bank məhsulları, əməliyyat prosesləri və ödəniş sistemləri üzrə biliklər;
- Visio, Bizagi, ARIS və ya digər proses modelləşdirmə alətləri ilə işləmək bacarığı;
- SQL (Oracle) üzrə əsas biliklər;
- Agile, Scrum və ya Waterfall metodologiyaları üzrə ümumi biliklər;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Effektiv ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…