XB
Xalq Bank

Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi (Bank məhsulları üzrə mütəxəssis)

23 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Təsvir

  • Bank məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi və satış həcmlərinin artırılması üçün təkliflərin hazırlanması;
  • Müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin aidiyyəti struktur bölmələrlə birlikdə təhlil olunması;
  • Bank məhsulları ilə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi, maraqlı tərəflərə yönləndirilməsi və data əsaslı rəy və təkliflərin hazırlanması;
  • Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və həmin şərtlərin mütəmadi səmərəlilik təhlilinin aparılması;
  • Kart məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi, satış və dövriyyənin artırılması üçün təkliflərin hazırlanması, habelə tarif və komissiyaların layihələndirilməsində iştirak;
  • Bankın əməliyyat tarif və komissiyalarında dəyişikliklərin layihələndirilməsi və aidiyyəti qurumlarda müzakirəyə təqdim olunması.

Tələblər

  • Magistr təhsili;
  • Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;
  • Hesabatlılıq və təqdimat bacarıqları;
  • MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı;
  • Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
  • Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiya əvvəl də yerləşdirilib:

  • 17 iyun 2026 (bu elan) · jobsearch.az
  • 15 may 2026 · glorri.az

Oxşar vakansiyalar

: