HA
Honours Academy

Biznesin İnkişafı üzrə Mütəxəssis

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş göstərilməyib
Müraciət et
Kateqoriya
Təhsil

Vəzifə haqqında

Vəzifə haqqında:

  • “Honours Academy” komandası təlimlərin təşkilində operativlik, davamlılıq və innovativ inkişaf yönümlü yanaşma nümayiş etdirəcək “Biznesin İnkişafı üzrə Mütəxəssis” axtarır. Bu vəzifə həm təlimlərin icrasına təşkilati dəstək vermək, həm də təlimçi resurslarını və maarifləndirici təşəbbüsləri strateji idarə etməklə akademiyanın təhsil prosesinə və gəlir modellərinə mühüm töhfə verməkdən ibarətdir.  

Əsas öhdəliklər:

  • Strateji Planlama: Təlimlərin həyata keçirilməsi üçün ilkin planlama, koordinasiya və təlimçi təyinatı proseslərini idarə etmək;
  • Təlimçi Resurslarının İdarə Edilməsi: Peşəkar təlimçi bazasını formalaşdırılması, əvəzləmə sisteminin qurulması və təlimçilərlə effektiv əməkdaşlıq mədəniyyətinin təşviqi;
  • Davamlılıq və Keyfiyyət: Əsas təlimlərin fasiləsiz təşkilini təmin etmək və tədris materiallarının keyfiyyətinə nəzarət edərək marketinq komandasına ötürmək;
  • İnnovativ Təşəbbüslər: Yeni təlim, seminar və məlumat sessiyaları üçün konseptlər hazırlamaq, biznesin inkişafına dair mütəmadi təkliflər vermək;
  • Koordinasiya: Təsdiqlənmiş layihələrin tətbiqi üçün komandalararası (təhsil, marketinq, satış) vahid əlaqələndirmə sistemini qurmaq;
  • Tədbirlərin Təşkili: Digər komandalarla ortaq çalışaraq strateji əhəmiyyətli networking tədbirləri və seminarlar həyata keçirmək.

Tələblər:

  • Təlim, layihə idarəetməsi və ya biznesin inkişafı sahələrində iş təcrübəsi;
  • Operativ qərarvermə və strateji yanaşma qabiliyyəti;
  • Yüksək planlaşdırma, əlaqələndirmə və detallara qarşı həssaslıq;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
  • Ofis proqramlarından sərbəst istifadə.

Təklifimiz:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Dinamik iş prosesi və yeni ideyaları reallaşdırmaq imkanı;
  • Rəqabətli əməkhaqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri;

İş qrafiki:

  • Həftədə 6 gün (İstirahət günü: Bazar ertəsi);
  • Həftəiçi: 11:00 – 20:00;
  • Həftəsonu: 09:00 – 18:00.
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

: