Biznesin İnkişafı üzrə Mütəxəssis
12 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri
- Yeni beynəlxalq istehsalçıların, tərəfdaşların və brendlərin araşdırılması və şirkətə cəlb edilməsi.
- Dərman vasitələri, tibbi məmulatlar, parafarmasevtik məhsullar üzrə bazar araşdırmalarının aparılması və yeni məhsul portfelinin formalaşdırılması.
- Potensial tərəfdaşlarla ilkin əlaqələrin qurulması, onlayn və fiziki görüşlərin təşkili, şirkətin təqdimatının keçirilməsi.
- Xarici istehsalçılarla kommersiya danışıqlarının aparılması və əməkdaşlıq şərtlərinin müzakirə olunması.
- Məhsullar üzrə qiymət hesablamalarının, satış proqnozlarının, biznes planlarının və kommersiya təkliflərinin hazırlanması.
- Yeni məhsulların qeydiyyatı, bazara çıxarılması və kommersiyalaşdırılması prosesində şöbələr arası koordinasiyanın təmin edilməsi.
- İllik satış proqnozlarının və məhsul inkişaf planlarının hazırlanması.
- Bazar, rəqiblər, qiymətlər və məhsul portfeli üzrə analitik hesabatların hazırlanması.
- Beynəlxalq sərgilərdə, konfranslarda və istehsalçılarla görüşlərdə şirkəti təmsil etmək.
- Mövcud tərəfdaşlarla davamlı əlaqələrin saxlanılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi.
- İngilis və rus dillərində rəsmi yazışmaların, təqdimatların və hesabatların hazırlanması.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
- Ali təhsil (əczaçılıq, tibb və ya biznes sahələri üzrə üstünlükdür).
- İngilis dili sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı.
- Analitik düşüncə, ünsiyyət və təqdimat bacarıqları.
- Danışıqlar aparmaq və kommersiya yazışmalarını hazırlamaq bacarığı.
- Xarici ezamiyyətlərdə və beynəlxalq sərgilərdə iştirak etməyə hazır olmaq.
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Biznesin İnkişafı üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan\ elektron ünvanına göndərə bilərlər.
ZP 
Zeytun Pharmaceuticals
Topdansatış və pərakəndə ticarət
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı…