U
Unibank ASC
Borcların təhlili üzrə kiçik mütəxəssis (Salyan filialı)
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Gecikməsi yüksək olan kredit portfeli (hard mərhələ) üzrə müştərilərlə əlaqələrin qurulması;
- Borclularla telefon və ya üzbəüz danışıqlar aparılması;
- Ödənişlərin təmin edilməsi üçün effektiv həll yollarının təklif edilməsi;
- Problemli müştərilərlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Hüquqi proseslərə hazırlıq (zərurət olduqda müvafiq sənədlərin toplanması və yönləndirilməsi);
- Gündəlik və aylıq plan/KPI-ların icrası.
Tələblər
- Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, hüquq sahəsi üstünlükdür);
- Azərbaycan dilini əla səviyyədə bilməli (Rus dili arzu olunandır);
- Borclularla çətin danışıqlar aparmaq bacarığı;
- Hüquqi prosedurlar haqqında ilkin biliklər;
- MS Office proqramlarında işləmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və inandırma bacarığı;
- Nəticəyönümlülük, məsuliyyətlilik və intizamlılıq;
- Analitik düşünmə və problem həll etmə bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 6 may 2026 · hellojob.az
- 6 may 2026 (bu elan) · hellojob.az