İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Böyük hüquqşünas

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

Böyük hüquqşünas Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmiş sahələr üzrə hüquqi akt layihələrinin hazırlanması, hüquqi ekspertizanın həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin və hüquqi rəylərin hazırlanması proseslərində iştirak edəcəkdir.

Əsas vəzifə funksiyaları

  • Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmiş sahələrin tənzimlənməsi ilə bağlı təşəbbüs qaydasında və ya verilmiş tapşırıq əsasında hüquqi akt layihələrini hazırlamaq;
  • Hazırlanmış hüquqi akt layihələrinin Agentlikdaxili razılaşdırılması prosesini təşkil etmək;
  • Rəqəmsallaşma və innovasiyaların tətbiqi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübəni araşdırmaq;
  • Aparılmış araşdırmaların nəticələri üzrə arayışlar, hüquqi rəylər və təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək və həmin layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Hüquqi aktların təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər hazırlamaq;
  • Normayaratma sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi rəylər və izahlar vermək;
  • Hüquqi akt layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə, normativ hüquqi aktların hazırlanması qaydalarına və hüquqi texnikanın tələblərinə uyğunluğunu qiymətləndirmək;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə qanunvericiliklə bağlı məlumatlandırma və maarifləndirmə işlərinin aparılmasını təmin etmək;
  • Vəzifə səlahiyyətlərinə aid olan məsələlər üzrə təkliflərlə çıxış etmək;
  • Rəhbərlik tərəfindən təşkil edilən toplantılarda vəzifə səlahiyyətlərinə aid məsələlərin müzakirəsində iştirak etmək;
  • Vəzifə funksiyalarının icrası üçün Agentliyin müvafiq struktur bölmələrindən zəruri məlumat və sənədləri tələb etmək;
  • Fəaliyyət zamanı xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə konfidensial məlumatların qorunmasını təmin etmək;
  • Əmək qanunvericiliyinin və Agentliyin fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək;
  • Şöbə müdirinin və rəhbərliyin vəzifə səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.


Tələblər

Təhsil və iş təcrübəsi

  • Hüquq sahəsində ali təhsil;
  • Bakalavr dərəcəsinin olması mütləqdir;
  • Hüquq sahəsində magistr dərəcəsinin olması üstünlükdür;
  • Hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Normativ hüquqi aktların hazırlanması, hüquqi ekspertiza, hüquqi rəylərin və arayışların hazırlanması sahəsində iş təcrübəsi arzuolunandır.

Peşəkar biliklər

  • Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliklər;
  • Normativ hüquqi aktların hazırlanması qaydalarını bilmək;
  • Hüquqi texnika və normayaratma fəaliyyəti üzrə biliklər;
  • Hüquqi akt layihələrini təhlil etmək və onların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək bacarığı;
  • Hüquqi rəylər, arayışlar, təkliflər və digər hüquqi sənədlər hazırlamaq bacarığı;
  • Yerli və beynəlxalq hüquqi təcrübəni araşdırmaq və nəticələri ümumiləşdirmək bacarığı.

Bacarıqlar

  • Analitik və məntiqi düşüncə;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Hüquqi mətnləri aydın, dəqiq və sistemli şəkildə hazırlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • İşləri müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq;
  • Məxfi və xidməti məlumatlarla işləmək bacarığı.

Dil və kompüter bilikləri

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • “Microsoft Office” proqramları ilə işləmək bacarığı.



İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et