Brend və marketinq kommunikasiyaları departamentinin müdiri
İş rejimi Tam ştat Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Qurumun brend strategiyasının hazırlanıb, icrasının təmin edilməsi;
- Marketinq kommunikasiyalarının Agentliyin ümumi biznes məqsədləri ilə uyğunluğunun təmin edilməsi;
- Reklam, PR və rəqəmsal marketinq fəaliyyətlərinin idarə edilməsi və əlaqəli şöbələrlə koordinasiyanın aparılması;
- Brendin tanınması və bazardakı mövqeyini gücləndirmək üçün müvafiq tədbirlərin görülməsi;
- Reklam və kommunikasiya kampaniyalarının hazırlanması və icrasının nəzarətdə saxlanılması;
- Daxili və xarici marketinq materiallarının (dizayn, kontent, vizual və s.) brend tələblərinə uyğun hazırlanmasının təmin edilməsi;
- Müştəri davranışları və bazar tendensiyalarının analiz edilərək marketinq strategiyasının inkişaf etdirilməsi;
- Büdcənin effektiv idarə edilməsinin və marketinq xərclərinin optimallaşdırılmasının təmin edilməsi;
- Agentliklər və tərəfdaşlarla əməkdaşlığın qurulması və idarə edilməsi;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
- Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
- Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- Brend menecment və marketinq kommunikasiyaları sahəsində ən azı 7 il iş stajı;
- Strateji düşünmə və analiz etmə bacarığı;
- Effektiv ünsiyyət və komanda idarəetmə qabiliyyəti;
- Kreativ yanaşma və innovativ həllər tapmaq bacarığı;
- Rəqəmsal marketinq və sosial media platformaları üzrə biliklər;
- Layihə idarəetmə və multitasking bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı.
İVR 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…