Bravo Supermarketlər şəbəkəsi Çağrı mərkəzi üzrə agent
Vəzifə haqqında
Bravo Supermarketlər şəbəkəsindən vakansiya: Çağrı mərkəzi üzrə agent tələb olunur
Vəzifə öhdəlikləri:
– Zəng, e-mail və “WhatsApp” mesajlarının cavablandırılması
– Telefon, e-mail və “WhatsApp” vasitəsilə göndərilən müştəri sorğularına baxılması
– Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması
– Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması
– Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək
– Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi
– Mövcud müştəri məlumatlarının yenilənməsi
– Sifarişlərin, formaların və ərizələrin emal edilməsi
– Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi
– Zənglərin müvafiq resurslara yönləndirilməsi
– Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi
Namizədlərə tələblər:
– Təhsil: Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi
– İş təcrübəsi: 1 ilə kimi
– Azərbaycan və Rus dilləri biliyi mütləqdir, ingilis dili üstünlük sayılır.
– “Microsoft Office” proqramları, Outlook istifadəçisi.
– Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
– Dinləmə qabiliyyəti.
– Problemlərin təhlili və həlli bacarıqları.
– Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
– Təşkilati bacarıqlar.
– Detallara qarşı diqqətli.
– Komanda şəklində işləmə bacarığı.
– Stressə davamlılıq.
– Qüsursuz və aydın nitq.
İş Rejimi:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: Növbəli: 9:00-dan 18:00-kimi, 10:00-dan 19:00-kimi, 11:00-dan 20:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Çağrı mərkəzi üzrə agent” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
