BE Baku ElectronicsBaku Electronics

Çatdırılma üzrə təmsilçi

8 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Müəyyən olunmuş təyinat məntəqələri üzrə məhsulları təhvil almaq, çeşidləmək və düzgün şəkildə ünvanlara çatdırmaq;

  • Müştəriyə məhsulun təhvili zamanı xidmət proseduruna uyğun davranmaq və yüksək məmnuniyyət təmin etmək;

  • Məhsul təhvili zamanı sənədləşmə, zəmanət, məhsulun xüsusiyyətləri barədə müştəriyə tam məlumat vermək və sualları cavablandırmaq;

  • İri və ağır məişət məhsullarını sağlam və təhlükəsiz formada nəqliyyat vasitəsinə yükləmək və müştəri ünvanına təhvil vermək;

  • Əl ilə, əl arabası, forklift və digər qaldırıcı-nəqledici vasitələrlə malları yükləmək və boşaltmaq.

  • 50 kq-a qədər yükləri əl ilə və köməkçi vasitələrlə, 50 kq-dan artıq yükləri isə mexaniki vasitələrlə (forklift, kran və s.) avtomobil və digər nəqliyyat vasitələrinə yükləmək və boşaltmaq.

Tələblər

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;

  • Stressə davamlılıq və gərgin iş rejiminə uyğunlaşmaq bacarığı;

  • Problem həll etmə bacarığı;

  • Operativ və düzgün qərar vermək.

  • Əmək şəraiti

  • İş rejimi: 6 günlük, növbəli iş qrafiki.

  • Ünvan: Azadlıq mağazası və Mərkəzi anbar (Hökməli dairəsi)

Müraciət üçün 055 203 66 14 whatsapp nömrəsinə cv-nizi və ya ad soyadınızı və Çatdırılma üzrə təmsilçi qeyd etməklə müraciət edə bilərsiniz.

BE Baku Electronics
Baku Electronics
Topdansatış və pərakəndə ticarət

Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik. 1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq…

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et