AA Agromotors AzerbaijanAgromotors Azerbaijan

Çilingər usta (Servis texniki)

18 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
21 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Namizədə tələblər:

Kənd təsərrüfatı texnikası üzrə bacarıqlar

  • Kombayn və digər kənd təsərrüfatı texnikalarının texniki quruluşunu bilmək;
  • Mövsümi texniki baxış və profilaktik servis işlərini yerinə yetirmək;
  • Sahədə yaranan nasazlıqları operativ şəkildə aradan qaldırmaq;
  • Texniki sənədlərdən, ehtiyat hissələri kataloqlarından və servis təlimatlarından istifadə etmək bacarığı.

Hidravlik sistemlər üzrə bilik və bacarıqlar

  • Hidravlik sxemləri oxumaq və sistemin iş prinsipini anlamaq;
  • Hidravlik nasazlıqların diaqnostikası və sızmaların aşkar edilməsi;
  • Hidravlik silindirlərin sökülməsi, təmiri və yığılması;
  • Hidravlik klapanların, nasosların, şlanqların və birləşdirici elementlərin yoxlanılması və dəyişdirilməsi;
  • Təzyiq ölçmə cihazlarından istifadə etməklə hidravlik sistemlərin yoxlanılması.

Mexaniki işlər üzrə bilik və bacarıqlar

  • Podşipniklərin, salniklərin, diyircəkli valların, şesternaların və digər mexaniki hissələrin dəyişdirilməsi;
  • Reduktor, ötürücü mexanizmlər və hərəkət sistemlərinin təmiri;
  • Aqreqatların sökülməsi, yığılması və sazlanması;
  • Bərkidici elementlərin düzgün sıxılma qaydalarına əməl edilməsi;
  • Mexaniki nasazlıqların diaqnostikası və aradan qaldırılması.

Elektrik sistemləri üzrə bilik və bacarıqlar

  • Elektrik sxemlərini oxumaq və nasazlıqları müəyyən etmək bacarığı;
  • Qoruyucuların (sığortaların),  elektrik açarlarının və elektrik klapanlarının yoxlanılması və dəyişdirilməsi;
  • Elektrik naqillərində qırılma, qısaqapanma və kontakt problemlərinin diaqnostikası və aradan qaldırılması;
  • Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
  • Sensorların, aktuatorların və digər elektrik komponentlərinin işləkliyinin yoxlanılması;
  • Elektrik təhlükəsizliyi qaydalarına riayət edilməsi.

Ümumi peşəkar bacarıqlar

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Problemləri analiz etmək və operativ həll yolu tapmaq bacarığı;
  • İş planına uyğun vaxtında tapşırıqları yerinə yetirmək;
  • Ezamiyyətlərə hazır olmaq;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq və şirkəti layiqincə təmsil etmək.

Üstünlük veriləcək namizədlər:

  • Kənd təsərrüfatı texnikalarının təmiri sahəsində iş təcrübəsi olanlar;
  • Elektrik və hidravlik sistemlər üzrə əlavə təlim və sertifikatlara malik olanlar;
  • A\B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olanlar.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
AA Agromotors Azerbaijan
Agromotors Azerbaijan

Oxşar vakansiyalar

Hamısına bax