IA Impler AgencyImpler Agency

Copywriter / Content Maker

11 saat əvvəl yerləşdirilib Mənbə
Marketinq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
5 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Impler Digital kommunikasiya Agentliyi kreativ kopirayter və kontent yaradıcı axtarır. Komandamıza qoşulacaq bu əməkdaş Sosial media üçün kontent ideyalarının formalaşdırılması, reklam mətnləri, ideyaları və konsepsiyalarının hazırlanmasına cavabdeh olacaq. 

Vəzifə öhdəlikləri:

  • Sosial Media üçün kreativ kontent və post ideyaları vermək, mətnlər yazmaq;
  • Video kontentlər üçün ideyalar və ssenarilər hazırlamaq (Reels/TikTok);
  • Kampaniyalar üçün sloqanlar üzərində iş;
  • Ehtiyac olduğu halda digər reklam materialları, PR və kopirayt işləri.  

​​​​​​​Əmək şərtləri:

  • maaş təcrübəsinə uyğun müzakirə olunacaq;
  • iş vaxtı: həftənin 5 günü, saat 9:30-18:00  
  • şəhərin mərkəzində yerləşən ofis;
  • rəsmi əmək müqaviləsi 

​​​​​​​​​​​​​​Tələbər: 

  • Mükəmməl Azərbaycan dili; 
  • Bu sahə üzrə ən azı 1-2 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə üstünlükdür);
  • Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. 

​​​​​​​Axtardığımız namizədin portreti: 

  • Bu şəxs ilk olaraq reklam sahəsinin aşiqi, aktiv sosial media istifadəçisi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır. 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun başlığı: Copywriter

IA Impler Agency
Impler Agency

Oxşar vakansiyalar

Hamısına bax