Azərpoçt MMC Data analitik
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Müxtəlif mənbələrdən məlumatların toplanması, emalı, təhlili və interpretasiya edilməsi;
- Biznes ehtiyaclarına uyğun analitik hesabatların və dashboardların hazırlanması;
- Biznes tələblərinin təhlil edilərək analitik həllərə çevrilməsi;
- Məlumatların keyfiyyətinin monitorinqi, yoxlanılması və optimallaşdırılması;
- Analitik nəticələrin və tövsiyələrin aidiyyəti struktur bölmələrə təqdim edilməsi;
- Qərarvermə prosesini dəstəkləmək məqsədilə məlumatların təhlili və vizuallaşdırılması.
Tələblər
- İnformasiya texnologiyaları, riyaziyyat, statistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Data analitika sahəsində minimum 2 il iş təcrübəsi;
- SQL üzrə yüksək səviyyədə bilik və mürəkkəb sorğuların hazırlanması bacarığı;
- Power BI, Tableau və ya digər BI alətləri ilə işləmək təcrübəsi;
- Python və ya R proqramlaşdırma dillərindən ən azı biri üzrə əsas biliklər (üstünlükdür);
- Statistik analiz, məlumatların vizuallaşdırılması və məlumat modelləşdirilməsi üzrə biliklər;
- Analitik düşüncə, problem həll etmə, təqdimat və effektiv ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik və nəticəyönümlülük.
A 

Azərpoçt MMC
Nəqliyyat və anbar təsərrüfatı
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə…