M Merga GroupMerga Group

Data Center Operations Engineer (Elektrik / Avtomatika)

Bakı 3 gün əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
₼2,000 – 2,500
Son müraciət tarixi
16 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Merga Group MMC-dən vakansiya: Data Center Operations Engineer tələb olunur

Vəzifə öhdəlikləri:
– Fasiləsizliyin Təmini: Data Center-in infrastrukturunun (elektrik, mexaniki, BMS vəs. kimi sistemləri) fasiləsiz, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək.
– Texniki Nəzarət: Gündəlik texniki əməliyyatlara nəzarət etmək, planlı texniki xidmət (PM) proseslərində aktiv iştirak və icranı təmin etmək.
– Koordinasiya: Texniki heyətin işini effektiv şəkildə planlaşdırmaq və istiqamətləndirmək.
– Nasazlıqların Aradan Qaldırılması: Yaranan kritik nasazlıqlara operativ reaksiya vermək, komandanı səfərbər edərək problemlərin həlli prosesini idarə etmək.
– Sənədləşmə: İngilis dilində texniki sənədlərlə, sxemlərlə işləmək və hesabatlılığı təmin etmək.

Namizədlərə tələblər:
– Təhsil: Universitetlərin Elektrik Mühəndisliyi, Mexanika/Mexanik Mühəndisliyi və ya Avtomatika ixtisasları üzrə bakalavr dərəcəsi (Türkiyədə təhsil almış namizədlərə üstünlük verilir).
– İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Data Center və ya digər kritik obyektlərin istismarı sahəsində təcrübəsi olanlara üstünlük verilir).
– Dil Bilikləri: İngilis dili — Yaxşı səviyyədə (B2 səviyyəsi arzuolunandır).
– Proqram Bilikləri: MS Office proqramları və AutoCAD üzrə mükəmməl biliklər.
– Texniki Biliklər: Elektrik sistemləri üzrə dərin biliklər; mexaniki sistemlər, BMS, vəs. barədə ümumi anlayış.
– Şəxsi Keyfiyyətlər: yüksək təşkilatçılıq və komandanı idarəetmə bacarığı, öyrənməyə və inkişafa açıqlıq

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– Nahar şirkət tərəfindən təmin olunur

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 2000-2500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Data Center Operations Engineer” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



M Merga Group
Merga Group

Oxşar vakansiyalar

Hamısına bax