Sahil Transport MMC Daxili Logistika üzrə kiçik mütəxəssis / təcrübəçi
2 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- Hərəkətdə olan avtomobil nəqliyyatının xətdə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkətinə dispetçer rəhbərliyini təmin etmək.
- Yük daşımaların istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil etmək.
- Sürücülərə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin etmək.
- Xətdə texniki yardım işini əlaqələndirmək.
- Avtomobillərin müştərilər, obyektlər arasında bölüşdürülməsi üzrə bölgü planlarının işlənib hazırlanmasını təmin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək.
- Yük daşımaları prosesi üzərində nəzarəti həyata keçirmək.
- Avtonəqliyyat dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək.
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət etmək.
- Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. Rəhbərlik tərəfindən mobil telefon (zəng, sms), Sosal şəbəkə və email vasitəsi ilə verilən tapşırıqları yerinə yetirmək.
Namizədlərə tələblər:
- Təhsil: Orta
- İş təcrübəsi: Vacib deyil
- Səliqəli xarici görünüş
- Məsuliyyətli və çevik olmaq
- Komandada işləmək bacarığı
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəs. Bayıl Plaza
Əmək haqqı:
- Əmək haqqı 400 manat təşkil edir.işçinin bilik və bacarığından asılı olaraq əmək haqqı artımı nəzərdə tutulur.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Logistika üzrə kiçik mütəxəssis /təcrübəçi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
ST 

Sahil Transport MMC
Nəqliyyat və anbar təsərrüfatı
Sahil Transport MMC olaraq həm ölkədaxili həm də beynəlxalq yükdaşıma üzrə fəaliyyət göstərir.