Dealer (Krupye)
13 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
"Royal Sea Breeze" MMC Royalé Casino üçün Dealer (Krupye) vakansiyasını elan edir.
Royalé Casino komandamıza dinamik, məsuliyyətli və yüksək xidmət mədəniyyətinə sahib namizədləri dəvət edir. Əgər ünsiyyət bacarıqlarınıza, operativ düşünmə qabiliyyətinizə və premium xidmət sahəsində karyera qurmaq istəyinizə güvənirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifə öhdəlikləri:
- Oyun masalarında oyun prosesini kazino qaydalarına uyğun idarə etmək;
- Oyun qaydalarına tam riayət olunmasını təmin etmək;
- Kartların paylanmasını və oyun avadanlıqlarının düzgün idarə edilməsini həyata keçirmək;
- Mərc və uduş məbləğlərini dəqiq hesablamaq;
- Qonaqlara oyun qaydaları barədə peşəkar məlumat vermək;
- Yüksək səviyyədə müştəri xidməti göstərmək;
- İş prosesində daxili prosedur və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
- 18–30 yaş;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- Səliqəli və xoş xarici görünüş;
- Güclü ünsiyyət və hesablama bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ olmaq;
- Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.
Biz təklif edirik:
- Beynəlxalq premium kazino layihəsində çalışma imkanı;
- Peşəkar və dinamik iş mühiti;
- Rəqabətli əməkhaqqı;
- Karyera inkişafı və təlim imkanları;
- Korporativ nəqliyyat (müəyyən marşrutlar üzrə);
- Nahar ilə təmin olunma;
- Növbəli iş qrafiki.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Dealer (Krupye)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Və ya qeyd olunan linkə müraciət edə bilərlər - https://royalesb.com/jobs?view=positions&department=IT
RSB
Royal Sea Breeze MMC
Mehmanxana və ictimai iaşə xidmətləri