Direktor köməkçisi (Personal Assistant)
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
- İşgüzar yazışmaların və danışıqların, görüşlərin təşkili və işin təqib edilməsi
- Şirkətin direktorunun keçirdiyi danışıqların, görüşlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iştirakçılara görüşün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək
- Direktora lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, işi son tamamlanmaya qədər təqib etmək
- İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət
- Direktorun tapşırıqlarının icrasına nəzarət edilməsi
- Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması
- Direktorun gündəlik iş günü planın təmin edilməsi
- Təqdimatların təşkili və xərclər barədə hesabatların təşkili
- Şəxsi sifarişlərin icrasına nəzarət etmək
- Müvafiq tapşırıqlara əsasən təqdimatların hazırlanması, hesabatlar və təhlillərin aparılması
- Tapşırıqlar gündəliyinin tutulması və təqibi
Tələblər:
- Biznes, biznes idarəçiliyi, menecment istiqamətli ali təhsil
- Analitik təfəkkür, biznes proseslərdən məlumatlı olma
- Yüksək səviyyədə təqdimat bacarığı
- İşin gedişatına uyğun dəyişkən iş qrafikinə uyğunlaşma, yazışmalarda operativ geri-dönüş
- Dil biliyi: Azərbaycan dili səlis, Rus və ingilis dili danışıq səviyyədə
- MS Office proqramları (word, excel power-point yüksək səviyyədə)
- Təqdimatların hazırlanması, task management proqramları ilə tanışlıq
- Xoş və səliqəli zahiri görünüş
- Səfərlərdə müşayiət etmə lazım gələ bilər
- Yüksək icraçılıq bacarığı
- Komandada işləmək bacarığı, effektiv ünsiyyət qurma bacarığı
- Biznes etikası və korporativ etiket qaydalarından xəbərdar olma
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi, 09:00-dan 18:00-dək
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03.08.2026-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.
- Əmək haqqı: 500 Azn + bonus
P.S. Karyera inkişafı namizədin təşəbbüskarlığından asılı olaraq qısa müddətdə mümkündür.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Direktor köməkçisi (Personal Assistant)” göstərməyiniz və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
F 
Facemark.az