- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Hüquq
Vəzifə haqqında
Təsvir
1. Direktorun gündəlik iş qrafikinin, görüşlərinin və prioritet tapşırıqlarının idarə edilməsi;
2. Təqvimin planlaşdırılması, görüşlərin təşkili, dəyişikliklərin koordinasiyası və iclas nəticələrinin izlənilməsi;
3. Daxili və xarici tərəfdaşlarla rəhbər adından peşəkar kommunikasiya və koordinasiyanın təmin edilməsi;
4. Rəhbərlik üçün hesabatların, təqdimatların, məktubların və digər biznes sənədlərinin hazırlanması;
5. Daxil olan sorğuların və məsələlərin prioritetləşdirilməsi, aidiyyəti struktur bölmələrə yönləndirilməsi və icrasına nəzarət;
6. Rəhbərin işgüzar səfərlərinin (aviabilet, otel, logistika və s.) təşkili;
7. Rəhbərin iştirak etdiyi layihələr üzrə tapşırıqların izlənilməsi və müvafiq status məlumatlarının hazırlanması;
8. Məxfi məlumatların qorunması və rəhbərlik səviyyəsində sənəd dövriyyəsinin idarə olunması;
9. Əsas fəaliyyət göstəricilərinin (KPI) izlənilməsi, nəticələrin təhlili və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
10. Baş ofislə korporativ idarəetmə (governance) çərçivəsində əlaqələrin koordinasiyası, tələb olunan məlumat və hesabatların vaxtında hazırlanaraq təqdim edilməsinin təmin edilməsi;
Tələblər
- Ali təhsil;
- Sahə üzrə min. 3 il müvafiq iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə bilik;
- Güclü təşkilatçılıq, planlaşdırma və koordinasiya bacarıqları;
- İşgüzar yazışma və sənəd dövriyyəsinin idarə olunması təcrübəsi;
- Məxfi məlumatlarla işləmə bacarığı;
- Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma.