MT Mazarina Trade Company MMCMazarina Trade Company MMC

Dispetçer (Qadın və kişi)

7 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
21 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Mazarina Trade Company sürücü-təslimat prosesinin koordinasiyasını həyata keçirəcək Dispetçer vəzifəsinə əməkdaş axtarır.

İş yeri: Bakı, Bakmil metrostansiyasının yaxınlığı, Azera Holding ərazisində yerləşən Mazarina Trade Company anbarı

Vəzifə öhdəlikləri:

  • Sürücülərin gündəlik iş qrafikinin və marşrutlarının təşkili və koordinasiyası;

  • Sürücülərin işə çıxışına və marşruta vaxtında başlamasına nəzarət;

  • Çatdırılma prosesinin gün ərzində izlənilməsi və sürücülərlə operativ əlaqənin saxlanılması;

  • Gecikmə, ünvan problemi, məhsulun qəbul edilməməsi və digər halların operativ şəkildə koordinasiyası;

  • Çatdırılma ilə bağlı hesabatların və məlumatların yoxlanılması;

  • Çatdırılma prosesində yaranan problemlərlə bağlı gündəlik və dövri hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Kompüterdən istifadə bacarığı;

  • Yüksək ünsiyyət və koordinasiya bacarığı;

  • Məsuliyyətli və operativ olmaq;

  • Dispetçer və ya logistika sahəsində təcrübə arzuolunandır.

  • Əmək haqqı: 600 AZN + 100 AZN bonus

  • İş qrafiki: 5 günlük, 08:00–17:00

  • Qadın və kişi namizədlər müraciət edə bilərlər.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] göndərə bilərlər.

MT Mazarina Trade Company MMC
Mazarina Trade Company MMC

Oxşar vakansiyalar

Hamısına bax