KB
Kapital Bank

Əlaqə mərkəzi şöbəsinin Onlayn xidmətlər bölməsində mütəxəssis

Bakı 5 saat əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Birbankın mobil tətbiqində, rəsmi veb səhifəsində və Bankın sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə daxil olan müştəri müraciətlərini, suallarını və şikayətlərini effektiv şəkildə cavablandırmaq, müştərilərin suallarına məlumatlı, mövzularla bağlı cavablar vermək və həll yolları təqdim etmək üçün namizəd axtarırıq. Müştərilərə yüksək səviyyədə xidmət təmin etmək, sualları cavablandırmaq və müştəri münasibətlərini gücləndirmək əsas məqsədlərimizdəndir.

+ ' ' +
  • Kommunikasiya bacarığı: Sürətli, səmimi və başadüşülən üslubda yazılı və sözlü kommunikasiya bacarığına malik olmaq.
  • Müştəri xidmətləri təcrübəsi: Bank və ya digər müştəri xidmətləri sahəsində təcrübəyə malik olmaq və müştərilərin suallarını və problemlərini effektiv şəkildə həll etmək bacarığı.
  • Onlayn platformaların idarə edilməsi: Onlayn çat platformalarının idarə edilməsi və səmimi üslubla müştərilərə kömək etmək üçün texniki biliklərə malik olmaq.
  • Öhdəliklərin effektiv icrası: Tələb olunan öhdəlikləri səmimi üslubda və sürətlə yerinə yetirə biləcək təcrübəyə malik olmaq.
  • Müştərilərə məhsulların təqdim edilməsi: Bankın xidmət və məhsullarının müştərilərə səmimi bir üslubda təqdim edilməsi bacarığı.
  • Dil bacarıqları: Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək və müştərilərlə səmimi üslubda kommunikasiya qurmaq bacarığı.
+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit
+ ' ' +
  • Sosial mediada Banka ünvanlanan müraciətləri (postlar, taglər, kommentlər və s.) tapmaq və cavablandırmaq
  • Müştəriyə xidmət zamanı qısa, aydın və empatiya dolu cavablar vermək
  • Müştəri emosiyalarını düzgün anlamaq və cavablarda əks etdirmək
  • Çətin və neqativ kommentlərə peşəkar yanaşmaq
  • Bank brendinə uyğun ton of voice istifadə etmək (rəsmi + dostcasına balans)
  • Cavablarda standartlaşdırma və sürəti təmin etmək (FAQ-lardan istifadə)
  • Dinamik və müasir üslubda cavablar vermək, müştəri ilə daha yaxın və rahat ünsiyyət qurmaq

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalar

: