SSA Stadler Service AzerbaijanStadler Service Azerbaijan

Elektrik (Böyükşor lokomotiv deposu, sürət qatarları üzrə)

1 gün əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
₼1,300+
Son müraciət tarixi
13 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

Elektrosistemlərin montajı və texniki xidməti: 

  • Hərəkətdə olan tərkibdə və depoda elektrik şəbəkələrinin və avadanlıqların quraşdırılması, xidməti və təmiri. İşıqlandırma sistemləri, güc kabelləri və qoruyucu sistemlərin sazlanması və işlək vəziyyətinin yoxlanılması; Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək;

Yoxlama və diaqnostika: 

  • Elektrik nasazlıqlarının aşkarlanması və aradan qaldırılması. 
  • Elektrik sxemlərinin və komponentlərinin işlək vəziyyətini yoxlamaq üçün ölçü cihazlarından istifadə etmək; 
  • Montaj və işə salma işlərini icra etmək;

Elektrik komponentlərinin təmiri və əvəz olunması: 

  • Kabellərin, sığortaların, relelərin, kontaktorların və digər elektrik elementlərinin dəyişdirilməsi. 
  • Hərəkətdə olan tərkibdə və infrastrukturda naqillərin və açar qurğularının təmiri; 

Təhlükəsizliyin təmin olunması: 

  • İşlərin icrası zamanı təhlükəsizlik normalarına və standartlarına riayət etmək, yüksək gərginliklə işləyərkən ehtiyat tədbirlərinə əməl etmək.

Tələblər:

  • Ali və ya orta ixtisas (texniki) təhsili;
  • Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi.
  • Rus və ya ingilis dili üzrə orta səviyyədə biliklər;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • İntizamlılıq.

Şərtlər:

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Böyükşor Lokomotiv Deposu;
  • Əmək haqqı: net 1300 AZN, gələcəkdə artım nəzərdə tutulmuşdur;

Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Elektrik (Böyükşor lokomotiv deposu )” qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

SSA Stadler Service Azerbaijan
Stadler Service Azerbaijan

Oxşar vakansiyalar

Hamısına bax