Titan Group Elektrik köməkçisi
Vəzifə haqqında
Elektrik köməkçisi tələb olunur
İşəgötürən: Titan Group
İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
Vəzifə öhdəlikləri:
Elektrik ustasına gündəlik işlərdə kömək etmək;
Elektrik avadanlıqlarının quraşdırılması, sökülməsi və təmirində iştirak etmək;
Kabel çəkilişi və montaj işlərində dəstək göstərmək;
Alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasına kömək etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Orta və ya peşə təhsili;
Elektrik sahəsin 6 ay təcrübə və öyrənmək istəyi;
Oxşar sahədə təcrübə arzuolunandır, lakin vacib deyil;
Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı.
İş qrafiki:
5 günlük iş həftəsi
Saat 08:30 – 17:30
Əmək haqqı:
550 AZN
Şirkət tərəfindən təmin edilir:
Nahar;
Servis xidməti;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Uyğun namizədlər CV-lərini [email protected] mailinə göndərə və ya 0102415164 nömrənin Vatsapına yaza bilərlər.
