Uğur İndustry MMCUğur İndustry MMC

Elektrik mühəndisi

Bakı 4 gün əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
₼1,000 – 1,500
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Uğur İndustry MMC-dən vakansiya: Elektrik mühəndisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
– Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
– Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək
– Sənaye təyinatlı, digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
– Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək.
– İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
– Kommersiya, sənaye və məişət məqsədi ilə elektrik alətləri, avadanlıqları, qurğuları, komponentləri, məhsulları və sistemlərini layihələşdirmək, hazırlamaq, saxlamaq və
təkmilləşdirmək;
– Elektrik avadanlıqları və onların ehtiyat hissələrini sifariş vermək.
– Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək.
– Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
– Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
– İş yerlərində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihəkonstruktor sənədlərini razılaşdırmaq və rəylər vermək.
– İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Namizədlərə tələblər:
– Təhsil: Elektrik sahəsi üzrə ali təhsil;
– İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
– Yaş həddi: 25–55 arası namizədlər
– Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
– Diqqətli, çevik və məsuliyyətli olmalı;
– Kollektivdə işləmək bacarığı olmalı;

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Xırdalan
– Nahar ilə təmin edilir.
– İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
– Korporativ nömrə ilə təmin edilir.

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000-1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Elektrik mühəndisi” yazaraq (050)246-03-19 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



Uğur İndustry MMC
Uğur İndustry MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et