Binagadi Oil CompanyBinagadi Oil Company

Elektrik qaz qaynaqçısı

18 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Struktur bölmə: Neft-mədən avadanlıqlarının və nəqliyyatın təmiri sexi

İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi

Ezamiyyətlər: Nəzərdə tutulmur

Sınaq müddəti: Minimum 3 ay

Namizədə tələblər:

  • Peşə təhsili (Müvafiq sahə üzrə diplom və ya sertifikat);
  • Yaş həddi 25 və yuxarı;
  • Neft-qaz sahəsi üstünlük təşkil etməklə və ya tikinti, istehsalat üzrə ən az 2 il iş təcrübəsi;
  • Elektrik qaz qaynaqçısı ixtisası üzrə sertifikat (ən azı 4-cü və ya 5-ci dərəcə);
  • Boru kəmərlərinin qaynağı üçün xüsusi attestasiya (digər qaynaq növləri üzrə sertifikatlar arzuolunandır);
  • İntizamlı, məsuliyyətli və dəqiq olması;
  • Kollektivdə işləmək bacarığı;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Biliklər:

  • Müxtəlif növ metalların xüsusiyyətlərini bilmək;
  • Qaynaq aparatlarının, qaz balonlarının və digər avadanlıqların iş prinsiplərini bilmək;
  • Texniki çertyojları oxumaq bacarığı;
  • Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını bilmək.

Funksional vəzifələr:

  • Qaynaq işlərinin icrası; 
  • Qaynaq ediləcək metal səthlərin təmizlənməsi, kəsilməsi və qaynağa hazırlanması;
  • Metal konstruksiyaların qaz ilə kəsilməsi işlərinin aparılması;
  • Keyfiyyətə nəzarət edilməsi;
  • İstifadə olunan qaynaq aparatlarının, kabel və şlanqların işlək və saz vəziyyətdə saxlanılması.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
  • Servis xidməti mövcuddur (avtobus);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Zəhmət olmasa, yalnız tələb olunan meyarlara uyğun gələn namizədlər öz CV-lərini təqdim etsinlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
Binagadi Oil Company
Binagadi Oil Company

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et