S
Santral

Elektrik quraşdırıcısı

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

Elektrik quraşdırıcısı elektrik avadanlıqlarının quraşdırılması, texniki xidməti və təmiri işlərini həyata keçirir, nasazlıqları aşkar edərək aradan qaldırır və avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edir.

İş yeri: Bakı şəhəri, Dərnəgül, Ziya Bünyadov pr 2071

Əsas vəzifələr

  • Kompressor, stabilizator, kombi və digər elektrik avadanlıqlarının texniki baxışını və təmirini həyata keçirmək.
  • Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq.
  • Planlı texniki xidmət və profilaktik baxış işlərini həyata keçirmək.
  • Təmir zamanı ehtiyat hissələrinin düzgün seçilməsi və istifadə olunmasına nəzarət etmək.
  • İstifadə olunan alət və avadanlıqların işlək vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Görülmüş servis və təmir işləri üzrə texniki məlumat və qeydləri hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Zərurət yarandıqda generator və digər elektrik qurğularının texniki baxış və təmir işlərində iştirak etmək.
  • Müştərilərlə peşəkar və etik davranış qaydalarına riayət etmək.
  • İş sahəsində təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.

Tələblər

  • Təhsil: Ali texniki və ya orta ixtisas texniki təhsil
  • İş təcrübəsi: Minimum 1-3 il müvafiq sahədə iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili arzu olunandır
  • Kompyuter bilikləri: MS Excel, Word
  • Əlavə: Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları üzrə biliklər; avadanlıq texniki sənədlərini oxuma və anlama bacarığı

Təklif edirik

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
  • İş qrafiki: 6 günlük rəsmi iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin edilir

CV-lərinizi “Elektrik quraşdırıcısı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Oxşar vakansiyalar

: