North West Elektrik üzrə layihəçi Mühəndis
21 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Binadaxili və sahədaxili elektrik təchizatı sistemlərinin (işıqlandırma, yerlə birləşdirmə (torpaqlama), ildırımdan mühafizə və s.) layihələndirilməsi
- Zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası, rabitə, videomüşahidə, girişə nəzarət sistemi və s.) layihələndirilməsi
- Elektrik yüklərinin hesablanmasını, kabel kəsiklərinin seçilməsini və qısaqapanma cərəyanlarının yoxlanılmasını təmin etmək
- Transformator yarımstansiyaları, paylayıcı qovşaqlar (BPL/IPL/MCC) və dizel-generator qurğuları üzrə texniki həllərin hazırlanması
- Elektrik xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, su-kanalizasiya, mexanika və s.) koordinasiyanın həyata keçirilməsi
- Layihələrin IEC, PUE, SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək
- Dövlət qurumları (o cümlədən elektrik təchizatı təşkilatları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək
- Tikinti mərhələsində layihə üzrə müəllif nəzarətini həyata keçirmək.
- Komanda üzvlərinə texniki dəstək göstərmək və layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq
Tələblər
- AutoCAD və Revit proqramlarında sərbəst işləmə bacarığı.
- Texniki sənədlərin hazırlanması üçün MS Office (Word, Excel və s.), həmçinin elektrik hesablamaları üçün müvafiq proqram təminatı (məsələn, ETAP, DIALux və s.) ilə işləmə təcrübəsi üstünlükdür.
- Elektrik təchizatı və zəif cərəyan sistemləri üzrə dərin nəzəri və praktiki biliklər, həmçinin hesablama bacarığı.
- IEC, PUE, SNiP, SP, AzDTN və digər normativ sənədlərə yüksək səviyyədə bələdlik.
- Komandanın idarə olunması, koordinasiya və layihələrə texniki nəzarət bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədlərlə işləmə bacarığı.
- Elektrik mühəndisliyi (elektrik təchizatı sistemləri) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 5 –7 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə iş təcrübəsi.
- Yaşayış və inzibati binalar, sənaye müəssisələri, tibb müəssisələri, hərbi və strateji təyinatlı obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Elektrik işləri üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.
NW 

North West
Tikinti
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…