TB Toba Bike MMCToba Bike MMC

Elektrikli Nəqliyyat Vasitələrinin Təmiri üzrə Usta

Bakı 5 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Mühəndislik
Aylıq maaş
₼700+
Son müraciət tarixi
22 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Toba Bike MMC-dən vakansiya: Elektrikli Nəqliyyat Vasitələrinin Təmiri üzrə Usta tələb olunur

Vəzifə öhdəlikləri:
– Təkər və kamerlərin dəyişdirilməsi;
– Şinlərin sökülməsi və quraşdırılması;
– Əyləc sisteminin diaqnostikası, sazlanması və təmiri;
– Elektrik naqilləri və birləşmələrində yaranan nasazlıqların aradan qaldırılması;
– Batareya və BMS sistemlərinin ilkin diaqnostikası;
– İdarəetmə bloku (Controller), monitor (LCD), əl qazı (Throttle), işıqlandırma və digər elektrik komponentlərinin dəyişdirilməsi və təmiri;
– Hub motorlarda yaranan nasazlıqların diaqnostikası və təmiri;
– Amortizator, qatlanma mexanizmi, rul sistemi və digər mexaniki hissələrin təmiri;
– Təhvil verilən cihazların sınaqdan keçirilməsi və işlək vəziyyətdə müştəriyə təqdim edilməsi;
– İş yerinin səliqəli saxlanılması.

Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Elektrikli nəqliyyat vasitələrinin təmiri sahəsində təcrübə ( Bu vəzifə sırf elektronika təmiri üzrə deyil. Əsas üstünlük mexaniki və elektrik hissələrinin diaqnostikası və təmirində təcrübəsi olan namizədlərə veriləcək)
– Mexaniki və elektrik sistemləri ilə işləmə bacarığı;
– Əl alətlərindən və ölçü cihazlarından istifadə bacarığı;
– Nasazlığı analiz edib həll yolu tapa bilmə bacarığı;
– Məsuliyyətli, dəqiq və komandada işləməyə meyilli olmaq;
– Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq.

İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: 20 yanvar metrosu yaxınlığı Mingo servis

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 700 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Elektrikli Nəqliyyat Vasitələrinin Təmiri üzrə Usta” yazaraq (055)220-23-72 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



TB Toba Bike MMC
Toba Bike MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et