K
Aylıq maaş
₼500+
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Şirkətimizə elektronika təmiri sahəsində çalışmaq və peşəkar şəkildə inkişaf etmək istəyən gənc köməkçi əməkdaş tələb olunur.
Vəzifə öhdəlikləri:
- LED ekran və elektron avadanlıqların təmirində ustaya kömək etmək;
- Elektron komponentlərin yoxlanılması və dəyişdirilməsində iştirak etmək;
- Təmir prosesini öyrənmək və verilən tapşırıqları yerinə yetirmək;
- İş yerində nizam-intizam və təhlükəsizlik qaydalarına əməl etmək.
Tələblər:
- Gənc və öyrənməyə həvəsli namizəd;
- Elektronika üzrə kurs və ya peşə hazırlığı keçməsi arzuolunandır;
- Elektronika sahəsinə maraq və texniki düşüncə qabiliyyəti;
- Məsuliyyətli və diqqətli olmaq.
Təklif edirik:
- İş yerində peşəkar təlim və öyrədilmə;
- Karyera inkişafı imkanı;
- Əmək haqqı: 500–600 AZN (bilik və bacarıqlara uyğun);
- Tam iş qrafiki.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.