GP
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili – yüksək;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Analitik düşüncə tərzi və problem həll etmə bacarığı;
- ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan;
- IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür;
- CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə (ƏL/TMM Qanunu) əsasən müştəri uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək;
- Qeydi-adi və şübhəli əməliyyatların aşkar edilməsi və araşdırılması;
- Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
- Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğungəlmələrin təhlili;
- FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək;
Bölmənin fəaliyyəti ilə bağlı olaraq digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsi, onlardan daxil olan sorğuların araşdırılması və müvafiq rəylərin verilməsi;
- AML sahəsinə dair mövcud prosedur və qaydalara əlavə və dəyişikliklərin edilməsində, həmçinin, yenilərinin yazılmasında iştirak etmək;
- AML sahəsində risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.