Company Əməliyyatlar və Təchizat üzrə Menecer
15 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Şirkətimiz komandamıza məsuliyyətli, analitik düşüncəyə malik və nəticəyönümlü Əməliyyatlar və Təchizat üzrə Menecer axtarır. Bu vəzifədə əsas məqsəd satınalma, təchizat və əməliyyat proseslərinin səmərəli idarə olunması, həmçinin yerli və beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığın təmin edilməsidir.
Əsas vəzifələr
- Satınalma və təchizat proseslərinin planlaşdırılması və idarə olunması;
- Yeni biznes imkanlarının və bazar potensialının araşdırılması;
- Yerli və xarici təchizatçılarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
- Yeni təchizatçıların və məhsulların araşdırılması, qiymətləndirilməsi;
- Müştəri sorğularının təhlili və uyğun texniki-kommersiya təkliflərinin hazırlanması;
- Texniki və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Tender proseslərinin təşkili, tender sənədlərinin hazırlanması və koordinasiyası;
- Təchizatçılarla qiymət danışıqlarının aparılması və optimal şərtlərin əldə edilməsi;
- Müqavilə şərtlərinin razılaşdırılması və icrasına nəzarət;
- Logistika və idxal proseslərinin koordinasiyası, müvafiq sənədlərin yoxlanılması;
- Çatdırılma qrafiklərinə və satınalma planlarına nəzarət;
- Təchizat risklərinin müəyyən edilməsi və onların minimuma endirilməsi;
- Müştərilər, təchizatçılar və tərəfdaşlarla rəsmi işgüzar yazışmaların aparılması;
- Rəhbərliyə müntəzəm hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya digər uyğun sahələr üzrə);
- Satınalma, təchizat, logistika və əməliyyatların idarə olunması sahəsində 5+ il iş təcrübəsi;
- Tender və satınalma prosedurları üzrə biliklər;
- Danışıqlar aparmaq və analitik təhlil bacarığı;
- Azərbaycan və rus dilində sərbəst (ingilis dili üstünlük hesab olunur);
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik, ünsiyyət və komanda ilə işləmək bacarığı.
Biz təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir);
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Korporativ inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
CO 

Company
Oil and Gas company with an extensive experience in upstream operations, drilling, greenfield and brownfield projects. Looking for enthusiactic, witty partners to collaborate in the journey with…