Energetika avadanlıqlarının təftişi üzrə böyük mühəndis
İş rejimi Tam ştat Təcrübə 5 ildən çox Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Elektrik avadanlıqları (generatorlar, transformatorlar, mühərriklər, paylayıcı qurğular, MCC, UPS, kabel xətləri və s.) üzrə planlı və qeyri-planlı texniki yoxlamaların aparılmasını təşkil və icra etmək
- Enerji təsərrüfatı üzrə risk əsaslı inspeksiya (RBI) və etibarlılıq yönümlü texniki xidmət (RCM) metodologiyalarının tətbiqində iştirak etmək
- Elektrik sistemləri üzrə ölçmə və sınaqları (izolyasiya müqaviməti, torpaqlama müqaviməti, termoqrafiya, yüklənmə analizi və s.) aparmaq və nəticələrini analiz etmək
- Aşkarlanmış uyğunsuzluqlar, defektlər və potensial risklər üzrə texniki rəy və tövsiyələr hazırlamaq
- Qəza və ciddi nasazlıqlar baş verdikdə kök səbəb analizi (RCA) prosesində iştirak etmək və texniki səbəblərin müəyyənləşdirilməsinə töhfə vermək
- Preventiv və korrektiv texniki xidmət tədbirləri üzrə Planlaşdırma və Texniki Xidmət bölmələri ilə koordinasiyalı işləmək
- Yoxlama və inspeksiya nəticələrinin SAP PM / CMMS sistemində düzgün və vaxtında qeydiyyatını aparmaq
- Enerji təsərrüfatı üzrə texniki sənədlərin, protokolların və hesabatların hazırlanması və arxivləşdirilməsini təmin etmək
- Enerji təchizatı üzrə təhlükəsizlik, etibarlılıq və normativ tələblərə əməl olunmasına nəzarət etmək
- Yoxlama və inspeksiya nəticələrinə əsasən texniki təkliflər və tövsiyələr vermək
- Elektrik avadanlıqlarının istismarı ilə bağlı risklərin azaldılması üçün tədbirlərin görülməsini tələb etmək
- Təhlükəsizlik və etibarlılığa təhdid yaradan hallarda avadanlığın müvəqqəti istismarının dayandırılmasını tövsiyə etmək
- Texniki xidmət və planlaşdırma bölmələrindən zəruri texniki məlumat və sənədləri tələb etmək
- Texniki yoxlamalarla bağlı rəhbərliyə hesabat və rəy təqdim etmək
- Aparılan texniki yoxlamaların və ölçmələrin düzgünlüyünə və obyektivliyinə, elektrik avadanlıqları üzrə risklərin vaxtında aşkar edilməməsindən yaranan potensial təhlükələrə, təhlükəsizlik qaydalarına və istismar normalarına əməl olunmasına cavabdehlik daşımaq
Xüsusi tələblər
- Energetika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Minimum 5 il iş təcrübəsi.
- SAP PM / CMMS sistemləri üzrə istifadəçi səviyyəsində bilik
- Elektrik ölçmə metodları üzrə bilik və test avadanlıqları ilə işləmək bacarığı
- Beynəlxalq standartlar üzrə biliklər (xüsusilə IEC 60034 – Elektrik maşınları)
Müraciət üçün son tarix: 11.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Energetika avadanlıqlarının təftişi üzrə böyük mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
SOCAR Upstream MI LLC