A
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Logistika
Vəzifə haqqında
Təsvir
- Aztelekom və Rabitə Xidməti Mərkəzləri (RXM) üzrə elektrik sayğaclarının göstəricilərinin mütəmadi yoxlanılmasını, uçotunun aparılmasını və elektrik enerjisi sərfiyyatına nəzarəti təmin etmək;
- Elektrik enerjisi üzrə hesab-fakturaların vaxtında ödənilməsinə nəzarət etmək və bununla bağlı zəruri tədbirləri həyata keçirmək;
- Fəaliyyəti dayandırılmış obyektlər və filiallar üzrə elektrik sayğaclarının ləğv edilməsi işlərini təşkil etmək;
- Yeni istifadəyə verilən obyektlər və filiallar üçün elektrik sayğaclarının alınması, quraşdırılması və istismara verilməsi proseslərini icra etmək;
- Subabonentlər üzrə müvafiq aktları tərtib etmək, enerji sərfiyyatının uçotunu aparmaq və ödənişlərin düzgünlüyünə nəzarət etmək;
- Akkumulyatorların texniki vəziyyətini ölçü cihazları vasitəsilə yoxlamaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş nasazlıqlar barədə məlumat vermək;
- Elektrik qidalandırıcı qurğuların (EQQ), generatorların, transformatorların, UPS, stabilizator, düzləndirici və akkumulyator sistemlərinin quraşdırılması, istismarı, texniki xidməti və nasazlıqlarının aradan qaldırılması işlərini həyata keçirmək;
- Aztelekom və RXM-lərdə istismar olunan enerji təchizatı avadanlıqlarının etibarlı və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə profilaktik və texniki tədbirlər görmək;
- Enerji təchizatı sistemlərində baş verən qəza hallarının operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
- Görülmüş işlər və enerji sərfiyyatı üzrə hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
- Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və texniki istismar qaydalarına riayət etmək.
Tələblər
- Energetika sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi);
- Energetika və ya enerji təchizatı sistemlərinin istismarı sahəsində minimum 1 il iş təcrübəsi;
- Elektrik şəbəkələrinin layihə-smeta sənədlərinin və texniki planlarının hazırlanması üzrə biliklər;
- AC (transformatorlar, UPS, stabilizatorlar və s.) və DC (düzləndiricilər, akkumulyator sistemləri və s.) enerji təchizatı sistemləri üzrə bilik və praktiki təcrübə;
- MS Office və Outlook proqramlarından sərbəst istifadə bacarığı;
- AutoCAD proqramında elektrik sxemlərinin hazırlanması bacarığı (üstünlükdür).