Ətraf mühitin mühafizəsi üzrə qrup rəhbəri
İş rejimi Tam ştat Təcrübə 5 ildən çox Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Ekoloji layihələrin planlaşdırılması, icrası və monitorinqinin idarə olunmasını təmin etmək, layihələrin ekoloji qanunvericiliyin, beynəlxalq standartların, o cümlədən ISO14001 standartının və normativ-texniki sənədlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət;
- Ətraf mühitin idarə olunması sahəsində prosedurların, proqramların və təkmilləşdirmə planlarının hazırlanmasını və icrasını təşkil etmək;
- Ətraf mühitin idarəetmə sisteminə daxil olan proses və prosedurların vahid şəkildə idarə olunmasını təmin etmək və sistemin davamlı təkmilləşdirilməsini həyata keçirmək;
- Ekoloji riskləri müəyyənləşdirmək, risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər hazırlamaq və onların icrasına nəzarət etmək;
- Dekarbonizasiya sahəsində müəssisənin öhdəliklərinin yerinə yetirilməsini koordinasiya etmək və müvafiq təşəbbüslərin icrasını təmin etmək;
- Ətraf mühitlə bağlı insidentlər zamanı fövqəladə hallar və kommunikasiya planlarının hazırlanmasında, insidentlərin araşdırılmasında və təsirlərin aradan qaldırılması tədbirlərində iştirak etmək;
- Ekoloji iş və xidmətlər üzrə podratçı təşkilatların fəaliyyətinə nəzarət;
- Dövlət ekoloji ekspertizasına aid tikinti və qazma layihələri üzrə ƏMTQ sənədlərinin hazırlanmasını və ekoloji ekspertiza rəylərinin alınmasını təşkil etmək, həmçinin layihələrin icrası zamanı ekspertiza rəylərində nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət;
- Ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlərin aparılmasını və hesabatların hazırlanmasını təşkil etmək, aşkar olunmuş uyğunsuzluqlar üzrə tədbirlər planlarının hazırlanmasına və icrasına nəzarət;
- Ətraf mühitin mühafizəsi sahəsində əsas performans göstəricilərini (KPI) və davamlı təkmilləşdirmə hədəflərini müəyyənləşdirmək və icrasını izləmək.
Xüsusi tələblər
- Ekologiya, Kimya mühəndisliyi, ətraf mühit elmləri üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
- ƏMTQ, ekoloji monitorinq, tullantıların idarə olunması və dekarbonizasiya layihələri üzrə praktiki biliklər
- Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi, beynəlxalq standartlar, ekoloji qayda və tələblər barədə müfəssəl biliklər;
- Ekoloji idarəetməsi üzrə sertifikatlar (məsələn, İSO 14001) zəruridir.
- Layihə risklərinin idarə edilməsi və podratçı fəaliyyətinə nəzarət sahəsində təcrübə
- Məlumatların təhlili, nəticələrin qiymətləndirilməsi və strateji fəaliyyət planlarının hazırlanması bacarığı
- Təqdimatların hazırlanması və keçirilməsi, iclas və müzakirələrin effektiv idarə edilməsi bacarığı
- Müraciət üçün son tarix: 13.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Ətraf mühitin mühafizəsi üzrə qrup rəhbəri” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
SUM 
SOCAR Upstream MI LLC