TW
The WOO

Executive Chef

19 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Qonaqpərvərlik

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Restoranın konsepsiyasına uyğun menyuların hazırlanması, resepturaların standartlaşdırılması və yeni təamların daxil edilməsi.
  • Mətbəxin gündəlik əməliyyatlarının planlaşdırılması, koordinasiyası və idarə olunması.
  • Mətbəx heyətinin idarə edilməsi: iş qrafiklərinin tərtibi, işə qəbul, təlimlərin keçirilməsi, performansın qiymətləndirilməsi və motivasiyanın yüksək tutulması.
  • Qida təhlükəsizliyi, sanitariya-gigiyena (HACCP, ISO 22000) standartlarına və daxili nizam-intizam qaydalarına ciddi riayət olunmasına nəzarət.
  • Satınalma prosesinin izlənilməsi, təchizatçılarla iş və anbar qalıqlarının (inventarizasiyanın) düzgün idarə edilməsi.
  • Məhsulların maya dəyərinin (Food Cost) minimumda saxlanılması və tullantıların idarə olunması.
  • Təqdim olunan təamların keyfiyyətinə, vizual görünüşünə və qonaq məmnuniyyətinə birbaşa cavabdehlik daşımaq.

Tələblər:

  • Azərbaycan milli mətbəxi üzrə dərin biliklər və mükəmməl iş təcrübəsi (Mütləqdir);
  • Avropa və digər xarici mətbəxlər sahəsində iş təcrübəsi (Arzuolunandır);
  • Yaş həddi: 27 – 38 yaş;
  • Təcrübə: minimum 5-7 il mütləqdir (Premium seqment Restoran və ya Hotel təcrübəsi olanlara üstünlük verilir);
  • Məsuliyyətli, nizam-intizamlı və punktual;

İş şərtləri:

  • Ünvan: Ağ Şəhər və Sea Breeze (The WOO restaurant)
  • İş qrafiki: 10 saat  (6 günlük növbəli iş qrafiki)
  • İstirahət: Həftədə 1 gün;
  • Şirkət tərəfindən naharla təmin olunma
  • Transfer - Sea Breeze (Koroğlu metro stansiyası)
  • Əmək haqqı: Müsahibə zamanı fərdi şəkildə namizədin bilik və bacarığlarına əsasən təyin olunur.

Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində mütləq “Executive Chef” qeyd edərək göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

: