Hermes-S MMC Fit-Out Mühəndis (Daxili İşlər)
Vəzifə haqqında
Namizədə tələblər:
Hörgü, suvaq, alçıpan, boya, döşəmə örtükləri, asma tavan və digər fit-out işləri üzrə iş təcrübəsi;
Layihə və işçi cizgilərini oxumaq və tətbiq etmək bacarığı;
İşlərin keyfiyyətinə və texniki tələblərə uyğun icrasına nəzarət etmək bacarığı;
Material tələbatını müəyyən etmək və istifadə olunan materiallara nəzarət etmək bacarığı;
Subpodratçılar və sahə komandaları ilə işlərin koordinasiyasını təmin etmək;
Gündəlik iş planlarının hazırlanması və işlərin vaxtında tamamlanmasına nəzarət etmək;
Elektrik, santexnika və mexaniki işlər üzrə ümumi biliklərə malik olmaq;
Microsoft Office və AutoCAD proqramlarından sərbəst istifadə bacarığı;
Məsuliyyətli, operativ, təşəbbüskar və komanda ilə işləmək bacarığı.
Biz təklif edirik:
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir);
Peşəkar və dinamik iş mühiti;
Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına "Fit-Out Mühəndis" başlığı ilə göndərmələri xahiş olunur.
"Hermes-S" MMC komandasına qoşulun və uğurlarımızın bir hissəsi olun!
Əlaqə: 0102414755
